"3577 erməni cəsədi məhkəmə ekspertizasından keçib" Ermənistan Səhiyyə Nazirliyi
Ötən ilin 27 sentyabr tarixindən 13 fevral 2021-ci il tarixədək 3577 erməni cəsədi məhkəmə tibbi ekspertizasından keçirilib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyindən aysor.am saytına bildirilib.
Həmçinin qeyd olunub ki, 13 fevral tarixinə 428 nümunə DNT müayinəsi mərhələsindədir.
Qeyd edək ki, qondarma rejimin Müdafiə Nazirliyi tərəfindən nəşr olunan ölənlərin siyahısına 2364 nəfərin adı daxil edilmişdi. Bu arada diqqətə çatdıraq ki, qondarma rejimin Daxili İşlər Nazirliyinin Dövlət Təcili Xidməti 13 noyabr - 17 fevral tarixləri arasında axtarış işləri zamanı 1485 cəsədin tapıldığını elan etmişdi.
Xatırladaq ki, bundan əvvəl Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində ölənlərin sayının 4000-i keçməyəcəyini bildirmişdi. Görünən isə odur ki, hal-hazırda elan olunan statistik rəqəmlər belə ölənlərin sayının daha artıq olduğunu təsdiqləyir.
Heç şübhəsiz ki, Ermənistan tərəfi ölənlərin sayını təhrif etməyə, bacardıqca az sayda erməni hərbçisinin öldüyünü bildirməyə çalışır. Bu zamana qədər belə itgilərinin sayının düzgün verməyən, az sayda təqdim edən Ermənistan hakimiyyəti bununla kütlənin qəzəbindən söğortalanmaq fikrindədir. Bəlli olur ki, ölənlərinin, ümumiyyətlə, itgilərinin sayını az göstərmək məhz daxili auditoriyaya hesablanıb. Məsələ burasındadır ki, Ermənistan tərəfinin açıqladığı itgi sayı heç də reallığı əks etdirmir və heç şübhəsiz ki, bu göstərici elan olunandan dəfələrlə çoxdur. Əlbəttə ki, Ermənistanın istər canlı qüvvə, istərsə də hərbi texnika, silah-sursat baxımından itgiləri barədə rəqəmlər günü-gündən artacaq. Çünki, onsuz da erməni cəmiyyəti ölkə hakimiyyətinin elan etdiyi rəqəmlərə, göstəricilərə, ümumiyyətlə, hərhansı bir fikrə inanmır və etibar etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB