“Real həyatımızı qanunlar, adət və ənənələr tənzimləyir” ÖZƏL-RƏY

“Real həyatımızı qanunlar, adət və ənənələr tənzimləyir” ÖZƏL-RƏY

"İKT-nin inkişafı ilə əlaqədar olaraq sosial şəbəkələr artıq insanların gündəlik həyat tərzinə çevrilmişdir. Artıq demək olar ki, həyatımız iki hissədən ibarətdir real və virtual. Real həyatımızı qanunlar, adət və ənənələr tənzimləyir". Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, virtual həyatı isə mövcud qanunlar və adət ənənələr tam olaraq tənzimləyə bilmir. Məhz bu səbəbdən də biz çox vaxt virtual həyatımızda neqativ hallarla tez-tez rastlaşırıq: "Sosial şəbəkələrdə cinayətkar dəstələrin fəaliyyətin, terrorçuların, siyasət adı ilə anti-dövlət çıxışların, dini radikalların, qeyri-etik videoların və s. normal cəmiyyətə uyğun olmayan təhqiramiz statusların şahidi oluruq. Təbii ki, bu da normal qarşılana bilməz və cəmiyyət üçün böyük təhlükədir. Düzdür biz vətəndaşların böyük əksəriyyəti tərəfindən buna qarşı sosial şəbəkələrdə etirazların da olmasını izləyirik. Lakin elə o vətəndaşlar da təhqirə və qeyri-etik sözlərə məruz qalır. Təhqir edənlər sanki özlərini rahat olaraq cəzasız qalacaqlarına əmin kimi aparırlar. Xüsusən son zamanlar Azərbaycanın uğurlarını həzm etməyən, 44 günlük müharibə nəticəsində qazanılan Zəfər qələbəmizə kölgə salmağa çalışan anti-Azərbaycan qruplar heç bir normaya sığmayan danışıq tərzləri ilə, iftira və söyüşlə öz əvvəlki ampulalarını davam etdirirlər. Bu cür hərəkətlər real həyatda cinayət əməli hesab olunur və məsuliyyət cəlb edilir".

A.Xəlilov bildirdi ki. mövcud qanunlar virtual aləmə də aiddir: "Ancaq nədənsə bu insanlar tam olaraq qanunlara və adət-ənənələrə hörmət etmir. Hesab edirəm ki, İKT-nin inkişafı ilə əlaqədar olaraq qanunlarımızda dəyişikliklərə ehtiyac vardır. Bu qeyri normal fəaliyyətlərə qarşı sosial şəbəkələrdə qanunun tələbləri ilə mübarizə aparılmalıdır. Ümumiyyətlə bu istiqamətdə Beynəlxalq əməkdaşlıqlar çərçivəsində yeni addımlara ehtiyac var. Real həyatda olduğu kimi sosial şəbəkələrdə cinayət əməlinə yol vermiş insanlar da Beynəlxalq axtarışa verilməli onun virtual məkanda etdiyi cinayət əməli dəlil kimi təqdim edilməlidir. Kiminsə şəxsiyyətini təhqir etmək bütün dünya dövlətlərinin qanunlarında cinayət əməli hesab edilir. Eyni zamanda terrorçuluq və digər qanuna zidd əməllərdə. Bu gün əsasən ictimai nəzarət mexanizmi vasitəsilə sosial şəbəkələrdə baş verən qeyri-etik əməllər hüquq mühafizə orqanlarına çatdırılır. Düzdür Xüsusi Xidmət orqanlarının da nəzarəti mövcuddur. Lakin açığı etiraf edək ki, sosial şəbəkələr nəzarət siz poliqonu xatırladır. Bu istiqamətdə təcili olaraq qanunvericiliyin tələblərini artırmaq, xüsusi nəzarət mexanizmi yaratmaq lazımdır. Eyni zamanda ən vacibi ictimai nəzarət mexanizmləri də təkmilləşdirilməlidir. Bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının xüsusən də QHT-nin rolundan istifadə olunmalıdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə