Ermənistanın sosial şəbəkələrində deputat Arman Babacanyanla diaspor məsələləri üzrə sabiq nazir, “Mənim addımım” blokunun deputatı Mxitar Hayrapetyan arasında yaşanan sevgi ətrafında müzakirələr səngimir. Eynicinsli, yəni homoseksuallıq üzərində “sevgi” yaşayan iki erməni deputatı ilə bağlı xəbəri aktiv feysbuk istifadəçisi Qagik Soqomonyan paylaşıb və onun əvvəllər də digər məsələlərlə bağlı yazdıqları sonradan öz təsdiqini tapıb.
O, növbəti statusunda yazıb ki, Babaci ilə Mxonun (Arman Bababacanyan və Mxitar Hayrapetyanı nəzərdə tutur – R.R.) bal ayları uzun davam etmədi. Bu iki eynicinsli sevgili onsuz da bir-birlərini yeyirlər (yəni qalmaqaldadırlar-R.R.). Mxo gün ərzində qısqanclıq səhnələri düzənləyir, Babacinin tək istəklisi olduğundan şübhələnir.
Qeyd edək ki, ermənilərin ArmVoice teleqram kanalı da bu haqda yazaraq bildirir ki, Mxitar Hayrapetyan Babacanyanı Ermənistanın 1in.am informasiya agentliyinin və internet televiziyasının aparıcısı Jirayr Voskanyana qısqanır. Hansı ki, Arman Babacanyan məhz bu agentliyin sahibidir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB