Kəmalə Ağazadə: “Biz haqqı bərpa etməyə qadirik” ERKƏN NİKAH

Kəmalə Ağazadə: “Biz haqqı bərpa etməyə qadirik” ERKƏN NİKAH

“Yerli və xarici mətbuatda çalışan dostlarıma, hüquq müdafiəçilərinə dərin təşəkkürümü bildirirəm”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Gürcüstanda azyaşlı qızın öz xalası oğlu ilə nikaha girməsi faktı ilə bağlı başlatdığı araşdırmasına görə aldığı dəstəyə münasibətini açıqlayarkən deyib.

“Demək ki, biz haqqı bərpa etməyə qadirik”, bildirən Kəmalə Ağazadə qeyd edib ki, bu gün istər ölkə mətbuatı, istərsə Gürcüstan mətbuatı erkən nikahdan süjetlər hazırladı, Gürcüstanda baş verən nişan mərasimi barəsində ekspertlərin fikrini səsləndirdi. “Bir az öncə Radio Free Europe/Radio Liberty kanalına gedən müsahibəmdə də nişan mərasiminin ad günü kimi təqdim edilməsinə münasibət bildirdim. Fakt isə göz qabağındadır”, deyən Azərbaycan Uşaqlar Birliyinin sədri artıq bu kimi ənənə adı altında həyata keçirilən qanunsuzluqlara son qoyulmalı olduğunu, cəmiyyətə qanunun şah olduğu mesajını çatdırıb.

Xatırladaq ki, artıq Gürcüstanın müvafiq strukturları sözügedən olayla bağlı hüquqi prosedurlara start verərək, istintaqa başlayıb və tədbirlər həyata keçirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə