Xəstəxanaların maliyyələşməsi 47% azaldıldı ERMƏNİSTANDA

Xəstəxanaların maliyyələşməsi 47% azaldıldı ERMƏNİSTANDA

Ermənistan hökuməti xəstəxanaların maliyyələşməsini 47% azaldıb. SİA xəbər verir ki, bu barədə yerevan today yazır. Qeyd edilir ki, bir çox səhiyyə mərkəzləri əməkdaşlarına məvacib verə bilmirlər və buna cavab olaraq Ermənistanın səhiyyə nazirliyi büdcə hesabından ayrılan maliyyənin azaldıldığını bildiriblər.

“Bunun fonunda hökumət və parlament əməkdaşları büdcə hesabına səxavətli mükafatlar almaqda davam edirlər”, deyə erməni saytı yazır və bildirir ki, koronavirus böhranında belə bir qərarın verilməsi, sadəcə, ağlasığmazdır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə