Qarabağın azadlığına ağlayan radikallar - ŞƏRH

Qarabağın azadlığına ağlayan radikallar - ŞƏRH

"Haqsız oturub, haqdan danışmaq" buna deyirlər. Bu gün belə nankorlar, satqınlar, cinayətkarlar çoxdur. Necə deyərlər, ağzını açanda bilirsən ki, səviyyəsi nə dərəcədir. Ən təəccüb doğuran isə, yerindən duran, Avropanın küçələrində sülənənlər özlərini ya "hüquq müdafiəçisi", "siyasətçi", ya da "demokrat, araşdırıcı jurnalist" adlandırırlar və gecə-gündüz sosial şəbəkələrdən düşmürlər. Görünür, bəlkə də elə ordada gecələyirlər. Belə olmasaydı ölkəmizdə hansı uğurlu nailiyyətləri "şidirdilər", xüsusilə də dövlət başçımızın xalqı tərəfindən böyük məhəbbətlə əhatə olunduğunu, həmçinin dünya dövlətlərinin Prezident İlham Əliyevin diplomatik xarici siyasətinə həsəd apardığını eşitdikcə sağalmaz virusa tutulan "beşinci kalon"un erməniyə nökərçilik edən dələduz və satqınları - Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov, Qurban Məmmədov və...bu kimi parazitlər qaşınmağa düşürlər. Bu o fərdlərdir ki, xarici dövlətlərə müxtəlif yollar sayəsində həyasızlıq, şivənlik yolları ilə mühacirət edib öz ölkəsinə qarşı düşmən mövqeyi göstərsələr də nəticədə yaxşı cavablarını alırlar. Elə götürək Azərbaycanı vaxtilə Avropa Şurası və Parlament Assembleyasında təmsil edən sabiq deputat, müxalifətin "Mat Tereza"sı Gültəkin Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyulduqdan sonra yenə də danışması, hələ də özlərinə "azərbaycanlı" demələri, həyasızlığın son həddidir. Belə...

Üzü tüpürcəklilər...

Avropa süləngəci olan, özünü dönö-dönə "hüquq müdafiəçsi" adlandıran Vidadi İskəndərli, Qənimət Zahid, Sevinc Osmanqızı, Leyla Yunus, Arif Məmmədov... kimilər gecə-gündüz həyasızcasına dövlət başçısının İkinci Vətən Müharibəsinin ilk gündən işğaldan azad olunan torpaqlarımızda, dövlət başçımızın dediyi kimi, planlı şəkildə bərpa-quruculuq işlərinin aparıldığını bildirərək bütün məmurlara "biz hamımız - məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik" yanaşması ən əsas məsələ kimi vurğulaması, görəsən bu satqınları niyə narahat edir?

Düzü, sosial şəbəkələrdə belə "vətənşüvənləri" eşitməyi xoşlamıram. Ancaq erməniyalağı olan, nəşəli, dəmli sifətli bu "erməni dəyirmanına su tökənlərin" saatlarla dövlətin, xalqın ünvanına böhtanlar yağdırmasına, "ayılın, bu dövlət sizi uçuruma aparır. Bu dövlət sizlərə nə edib ki, arxasında durursunuz?", - deyə Azərbaycan xalqını yenidən mitinqlərə çağırışlar etməsinə, artıq səbrim çatmır. Cavab verməmək olmur.

Əslində, 28 ildir ki, bu şərəfsizləri, cinayətkarların, satqın və nankorlar bu yoldadırlar. 28 ildir ki, erməniyə dayı, əmi, hətta ata deyən AXCP-nin baş çaqqalı, "sanitarkası" Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc osmanqızı, Qənimət Zaşid, Vidadi İskəndərli və... ətafında olan çaqallar nökərçilik edib, çünki mayaları budur, ancaq haraya qədər?

Baxın, 30 ilə yaxındır ki, işğalçı Ermənistan silahlı qüvvələri ardıcıl olaraq atəşkəsi pozaraq, dinc sakinlərə, yaşayış məntəqələrinə, və nəhayət Müzəffər Azərbaycan ordumuz tərəfindən təxribatının qarşısını alaraq, erməniləri öz yerlərinə - geri otuzdurması, Ermənistan silahlı qüvvələrinə məxsus dayaq məntəqəsi, ağır texnika və çoxsaylı hərbçilərinin məhv edərək, ələ keçirilməsi, nəhayət 44 gündə Qələbə Zəfərinə - Qarabağ Azərbaycandır və NİDASININ qoyulması qürurverici deyilmi? Bu cür igid, mərd hərbçiləri olan ordu alqışa, hörmətə, sevgiyə layiq deyilmi?

Ancaq bu gün sosial şəbəkələrdən Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Vidadi İskəndərli, Sevinc Osmanqızı və bu kimi provakator qara qüvvələr bu qələbəyə kölgə salaraq, yenə də iblisxislətliliklərini nümayiş etdirməkdədirlər. "Korrupsiyanın, rüşvətxorluğun baş alıb getdiyini",-deyirlər. Bəlkə özlərini keçdikləri o cinayətkar yollarını yadlarına salsınlar.

Özlərinə "layiq" olduqlarını deyən Vətən", "millət" satqınları bir geriyə baxsınlar...

Təəssüf ki, geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilməsə də tarix unudulmur. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: "Rüşvət alanda milyonlarla dollar alırsınız. Alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...". Və bu gün sosial şəbəkələrdə dövlətin ünvanına özlərinə layiq olduqlarını deyən Vətənini, torpağını satan-satılan AXCP sədri Əli Kərimli, "Milli Şura" deyilən satqınlar yuvasına sədrlik edən, saçına, başına hörmət etməyən Cəmil Həsənli həyasızcasına AXC-Müsavatla bağlı dövlət başçısının dediyi real faktları özlərinə sərf edən formada təhlil edərək bu günkü uğurlara kölgə salmağa çalışmaları "həyasızlığın lap 100 faizidir". Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: "Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir".

Və bu satqın və şərəfsizlər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs törətdiyi əməllərin cəzasının qanun çərçivəsində almalıdı və alacaq da!

"Torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır"

Dövlət başçısı Prezident İlham Əliyev bütün çışlarında və xalqa müraciətlərində torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsi olduğunu deyib: "Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı".

"Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri"

Dövlət başçısı bildirib ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər: "Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər".

"Xalq Cəbhəsi hakimiyyəti, əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır"

"Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır?",-deyən dövlət başçısı bildirib ki, o vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən: "Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər".

Bəli, bu gün bütün türk dünyası, dünya dövlətləri 44 günlük İkinci Vətən Müharibəsinin Qələbə Zəfərinin şahidi oldu və gördü. Prezident İlham Əliyev cənablarının dediyi kimi: "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik".

Ancaq Vətən müharibəsində Azərbaycanın qələbəsinə hər imkanları ilə mane olmağa çalışan, bu gün isə xalqımızın bu şanlı zəfərinə ləkə vurmağa çalışanlar elə tarixin zibil yeşiyinə atılmalıdırlar. Bunu tarix və zaman tələb edir. Bunu xalqımızın və dövlətimizin mənafeyi, müqəddəs amallarımız tələb edir. Məhz ona görə də, Vətən, dövlət, xalq xainləri, düşmənə işləyən bu satqınlar yığnağı hüquqi çərçivədə də cavablarını almalıdırlar. Çünki ortada xalqımızın və dövlətimizin maraqları var və bu maraqlara qarşı çıxmaq Vətənə xəyanətdən başqa heç nə deyil!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə