YAP Kəlbəcər rayon təşkilatının hesabat yığıncağı keçirilib - FOTOLAR

YAP Kəlbəcər rayon təşkilatının hesabat yığıncağı keçirilib - FOTOLAR

Bu gün YAP Kəlbəcər rayon təşkilatının 2020-ci il ərzində görülən işlərin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.

Yığıncaqda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin sayəsində təşəkkül tapmış onun nurlu şəxsiyyəti ətrafında sıx birləşərək möhkəmlənmiş və respublikamızın siyasi həyatında indiki mövqeyini tutmuşdur. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Çünki Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir. Və bu gün ən maraqlı məqam odur ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Və bu tarixin ardınca isə İkinci Qarabağ müharibəsinin şanlı qələbə tarixidir. Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

Hesabat yığıncağında bildirildi ki, Gəncə şəhəri ADAU-6 saylı yataqxananın binasında yerləşən YAP Kəlbəcər rayon təşkilatı 19 ərazi ilk təşkilatından ibarət olmaqla 4255 nəfər YAP üzvünü özündə birləşdirir. Onlardan 1724 qadın, 1875 nəfəri isə gənclərdir. İl ərzində 19 nəfər ərizə ilə müraciət etmişdir. Partiya sıralarına daxil olan üzvlərin mütləq əksəriyyəti sağlam düşüncəli, vətənpərvər, yüksək intellektə və biliyə sahib olan gənclərdir. Keçən dövr ərzində YAP rayon təşkilatı ölkəmizdə baş vermiş ictimai-siyasi proseslərin gedişimdə yaxından iştirak etmişdir. 09 fevral 2020-ci il tarixdə VI cağırış parlament seçkiləri keçirilmişdir. İmza toplama kompaniyası uğurla həyata keçirilmişdir. Namizədin seçicilərlə görüş qrafiki tərtib olunmuş, seçicilərlə 37 görüş keçirilmişdir. Seçicilərimizin pərakənda məskunlaşmasını nəzərə alsaq, ümumi seçici sayının 40%-zi əhatə olunmuşdur. Görüşlər haqqında məlumat və fotolar arayışa əlavə olunur. Təşkilatımız tərəfindən seçki kompaniyası uğurla həyata keçirilmiş və bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədov Sadıq oğlu 70 faiz səs çoxluğu ilə Milli Məclisin deputatı seçilmişdir.

Hesabat yığıncağında, həmçinin, bütün dünyanı COVİD-19 pandemiyası cənginə aldığı bir dövrdə rayon təşkilatı «Sağlamlığımız həmrəyliyimizdir» devizini əsas tutaraq pandemiyaya qarşı mübarizəyə qoşulmuşdur. YAP rayon təşkilatının könüllüləri və gəncləri qocalara, ahıllara, tənhalara evlərində baş çəkmiş, onlara gigiyenik vasitələr (spirt, maska, əlcək və.s) və ərzaq yardımı etmişlər.YAP rayon təşkilatının aparat işçiləri bir aylıq əmək haqqlarını korono virusla mübarizə fonduna ianə etmişlər.Virusun hökm sürdüyü bu bir ilə yaxın müddətdə təşkilat öz işlərini karantin qaydalarına riayət edərək davam etdirmişdir.Bütün tədbirlər (konfranslar, müşavirələr, dəyirmi masalar) onlayın formatda keçirilmiş, ilk təşkilatlarla müntəzəm olaraq əlaqə saxlanılmışdır.

Yığıncaqda 2020-ci il bütün dünya ölkələri o, cümlədən Azərbaycan üçün də ağır il kimi yadda qalacağı bildirilib. Bu çətinliklərə baxmayaraq ölkəmiz 30 ilə yaxın mənfur qonşularımızın işğalda saxladığı Qarabağ və ətraf rayonları azad edərək "Zəfər qələbəsini" qeyd etdi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Müzəffər Ordumuz düşmənin növbəti təxirbatına cavab olaraq əks hücuma keçdi. Torpaqlarımızın əsas hissəsini döyüş meydanında azad etdi. 10 noyabr 2020-ci il tarixdə isə Ermənistanı kapitulyasya aktına imza atmağa məcbur etdi. Bu isə ermənistanın biabırçı məğlubiyyəti demək idi. Müharibə zamanı təşkilatımız vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin dəfn mərasimlərində yaxından iştirak etmiş, onların ailə üzvləri ilə görüşmüş müəyyən maddi köməklik göstərmişdir.

Hesabat yığıncağında bildirilib ki, 2020-ci il ərzində 4 Şura və 12 İdarə heyətinin yığıncağı keçirilib. Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının bütün üzvləri Ali Baş Komandan, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək respublikamızın qüdrətlənməsinə və çiçəklənməsi istiqamətində aparılan uğurlu işlərdə öz töhfələrini verəcəklər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə