Makron, qlobal sabitlik üçün Rusiya ilə dialoqun əhəmiyyətindən danışıb. SİA xəbər verir ki, bu barədə TASS Agentliyi yazıb.
Fransa Prezidenti Emmanuel Macron, Parisin Moskva ilə hərtərəfli bir dialoqun tərəfdarı olduğunu söyləyib.
"Dialoq olmadan sabitlik təmin edilə bilməz, bu səbəbdən Rusiya ilə dialoqa ehtiyacımız var", deyə TASS Makrondan sitat gətirərək yazır. Fransa prezidenti mövcud fikir ayrılıqlarına baxmayaraq, belə bir "hərtərəfli dialoqun vacibliyini" qeyd edib.
Xatırladaq ki, Macron daha əvvəl də “Sputnik V”-nin Fransada istifadəsinin mümkünlüyünü qiymətləndirmişdi.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB