AXCP-“Milli Şura” - satqınlar yuvası - ŞƏRH

AXCP-“Milli Şura” - satqınlar yuvası - ŞƏRH

Yaxud milli mənliyi, ruhu qısırlaşmış Vətən satqınnları

Sirr deyil ki, bu gün ölkəmizin günü-gündən artan inkişafını görməyən, şəxsi maraqlarına görə milli dəyərimizi gözdən salan sapı özümüzdən olan satılıb-satılan baltalar, özü də sapı çürük baltalar «siyasi mühacir» adı altında çörəyini yeyib, suyunu içdikləri vətənlərinə qarşı antitəbliğat kampaniyası aparmaqla erməni lobbisi tərəfindən lazımi maliyyələ alırlar. Erməni lobbisinin maliyyələşdirdiyi mili mənliyiy, ruhu qısırlaşmış Vətən satqınları satqınlar yuvası – AXCP-"Milli Şura"da olan Əli Kərimli, Cəmil həsənli, Gültəkin Hacıbəyli, Sevinc osmanqızı, Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Vidadi İsgəndərli, Arif Məmmədov və digər bu kimi parazitlər həyasıcasına çirkin əmələllərindən əl çəkmirlər.

Deyir xəyanətkarın ağı-qarası olmur. Həm də o da deyilir ki, haqq nazilər, ammma üzülməz. Gec-tez haqqı tapdalayanlar, ermənilərə qahmar çıxanlar ediyi cinayət əmməllərinə görə tezliklə xalq, qanun qarşısında cəzasını alacaq və o zaman siçan deşiyi axtaracaqsınız. Bir də bu gün sosial şəbəkə virusları anlamırlar ki, «sirkə nə qədər tünd olsa öz qabını çatladacaq». Çünki Avropa ölkələrinə sığınan və son vaxtlaradək trivial videobloqerliklə, bir də məzmunsuz və proqramsız «müxalifətçi»liklə məşğul olan Əli Kərimli, Cəmil həsənli, Gültəkin Hacıbəyli, Sevinc osmanqızı, Leyla Yunus, Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Vidadi İsgəndərli, Arif Məmmədov və digər bu kimi əxlaqsız sapı çürük olan vətən satqınları elə özləri deyib, özləri də eşidəcəklər.

Vətəni, millət satan Əli Kərimlinin ləçərləri…

Belə əxlaqsız və mənəviyyatını bütünlüklə qrantlara satan belə nakəslərdən başqa nəyi gözləmək olar?! Avropaya "siyasi mühacir" statusunda getmək istəyən tör-töküntüləri xalqla səhv salan S.Osmanqızı, Ə.Kərimli kimi nəsli, nəcabətini erməniləşdirən nacinslərdən nə gözləmək olar?. Əslində, ortada təəccüblənəcək heç nə yoxdur. Hakimiyyətin uğurlarını "müxalifətin qələbəsi" kimi zorla xalqa sırımaq yalnız bu siyasi satqınlardan çıxar. Vətəni, milləti satan Əli Kərimlinin Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl və ... kimi formalaşmış ləçərləri çoxdur.

Qurban Məmmədov: "Əxlaq əsl kişiyə aiddir, dahə Əli Kərimli kimi əxlaqsıza yox! Bu, gədənin biridir"

Çox qəribədir. Bu bu çamda olanlar ancaq bir-birilərinin sirin elə açırlar ki... Elə "siyasi mühacir" həyatı yaşayan Qurban Məmmədovun dediyi kimi: "əxlaq əsl kişiyə aiddir, dahə Əli Kərimli kimi əxlaqsıza yox! Bu, gədənin biridir. Özünü başqa əxlaq sahibi kimi aparır. Bütün dünyaya sübut etmişəm ki, 28 ildir Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayıl bu xalqa təlqin edir ki, günahkar xalqdır. Ayıq olun, bunu bilin. Zaman gələcək Əli Kərimli, arxivlər açılacaq. Sən kimsən, Elçibəyə nələr eləmisən, nə təbliğat aparmısan, Kələkidən Bakıya necə gəlmisən, Bunların hamısını ortaya qoyacağıq. Eyni ilə S.Osmanqızı, onun dədəsinin goru çatlayır indi. Bu övlad atasına hər gün lənət oxutdurur. 40 minlik kanal bağlatdıranda oxudu ki, guya adını demədiyi bir tələbə buna yazıb ki, dekan buna AzeriFreedomu layk edin, Osmanqızının kanalını isə dislayk edin. Budur, yalan, tərbiyəsizlik? Hanı sübut? Əli Kərimliyə nə qədər yalanacaqsan?".

Bax, budur satqınların formalaşmış siması. ABŞ-a sığınmış Sevinc Osmanqızı kimi əxlaqsızlar YouTube kanalında bu gün çıxış edərək bildirir ki, "iqtidar şəhidləri qiymətsiz edir" danışan belərini necə də əxlansız adlandırmayasan?.

“Vətən”, “millət” deyən əxlaqsızlar bəlkə bir geriyə baxsınlar...

Amma təəssüf ki, geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəyin dediyi fikri xatırlatmaq istərdim: "Rüşvət alanda milyonlarla dollar alırsınız. Alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...". Və bu gün sosial şəbəkələrdə dövlətin ünvanına özlərinə layiq olduqlarını deyən Vətənini, torpağını satan-satılan AXCP sədri Əli Kərimli, “Milli Şura” deyilən satqınlar yuvasına sədrlik edən, saçına, "başına» hörmət etməyən Cəmil Həsənli həyasızcasına AXC-Müsavatla bağlı dövlət başçısının dediyi real faktları özlərinə sərf edən formada "təhlil" edərək bu günkü uğurlara kölgə salmağa çalışmaları “həyasızlığın lap 100 faizidir”. Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: “Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir”.

Və bu satqın və şərəfsizlər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs törətdiyi əməllərin cəzasının qanun çərçivəsində almalıdı və alacaq da!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə