Rusiyalı müxalifətçinin məhkəməsindən sonra Rusiyanın Avropa və ABŞ ilə münasibətləri yenidən alt-üst oldu. Aleksey Navalnının həbsinə qlobal reaksiya özünü çox gözlətmədi. Rusiya ilə Qərb arasında onsuz da problemli münasibətlərdə daha bir uzunmüddətli toqquşma meydana çıxdı.
Qərb Navalnı işi ilə bağlı dialoqu davam etdirməyi qeyri-mümkün hesab etdi. Rusiyaya səfərə gələn Avropa diplomatiyasının rəhbəri Josep Borrell qarşısında demək olar ki, həll olunmayan bir vəzifə durur ki, o da sərtlik nümayiş etdirmək və eyni zamanda Avropa Birliyi ilə Rusiya arasında əməkdaşlığın mümkün olduğu sahələrdə qarşılıqlı fəaliyyət perspektivlərini qorumaqdan ibarətdir.
Tənqidçilərin Rusiyanı tənqid xoru
Rus müxalifətçisi Aleksey Navalnının işinə baxılan Moskvanın Simonovski Məhkəməsinin iclasından sonra Rusiya paytaxtına akkreditə olunmuş bir sıra Avropa ölkələrindən olan diplomatların fikirləri açıqlandı. Bəyanatlar axınında, yüksək vəzifəli şəxslərin açıqlamaları üçün olduqca xarakterik olmayan emosional intensivliyi ilə Almaniyanın baş naziri Angela Merkel, Fransa Prezidenti Emmanuel Macron və İngiltərə baş naziri Boris Jonsonun qiymətləndirmələri diqqət çəkdi.
"Aleksey Navalnıya verilən hökm, qanunun aliliyi standartlarından çox uzaqdır. Navalnı dərhal sərbəst buraxılmalıdır. Dinc nümayişçilərə qarşı şiddət dayanmalıdır", deyə baş nazir Merkel xəbərdarlıq etdi. "Navalnıya verilən hökm qəbuledilməzdir. Siyasi fikir ayrılığı heç vaxt cinayət sayılmaz. Dərhal sərbəst buraxılmasını istəyirik", deyə Emmanuel Macron ardınca tələblə çıxış etdi. Boris Jonson isə, öz növbəsində, böyük siyasətə qədəm qoymuş keçmiş yazıçı və jurnalistin ittihamçı kimi qələmə verilməsini qınadı və Kremlin onu siyasi rəqib olaraq qəbul etmədiyini vurğuladı.
"Navalnının zəhərlənmədən sonra Rusiyaya qayıtmaq qərarı həqiqətən cəsarətli və fədakar bir hərəkət idi. Əksinə, məhkəmənin son qərarı açıq-aşkar qorxaqlıq idi və ən əsası isə, ədalət standartlarına cavab vermir. Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır", deyə Boris Jonson özünün Twitter səhifəsində yazıb.
Bunların ardınca da aparıcı Avropa dövlətlərinin liderləri ilə birlikdə Avropa Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell oxşar qiymətləndirmələr etdilər.
Cənab Borrell 4-6 fevral tarixlərində Moskvaya əvvəlcədən planlaşdırılan səfərinə hazırlaşdığı anda qalmaqalla bir daha gündəmə gəldi. Tutuldu və bu, artıq Rusiya-AB münasibətlərdə bir çox cəhətdən həqiqət anına çevriləcək.
"Aleksey Navalnı üçün verilən hökm, Rusiyanın qanunun aliliyi və əsas azadlıqlar sahəsində beynəlxalq öhdəliklərinə ziddir. Bu, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin bu işi əsassız hesab etdiyi hökmünə də ziddir. Dərhal sərbəst buraxılması çağırışı edirəm", deyə Josep Borrell səsini Moskvadakı Avropa tənqidçilərinin Rusiyanı tənqid edən xoruna əlavə edib.
Aleksey Navalnının məhkəməsi dünyanın diqqət mərkəzində
Avropa diplomatiyasının rəhbəri Aleksey Navalnının hökmü çıxmazdan əvvəl də "belə bir fürsət olarsa" Rusiya müxalifəti ilə görüşmək istəyini səfəri ərəfəsində bildirmişdi. Bununla birlikdə, Avropa Birliyi ilə Rusiya arasındakı münasibətlərin mürəkkəbliyini qəbul edərkən, Moskvada müzakirə tələb edən kifayət qədər başqa mövzunun olduğuna da diqqət çəkib.
Həqiqətən də müzakirə olunacaq mövzular yetərincədir. Məsələn, Ukrayna ətrafındakı vəziyyət və onun müzakirəsi öz aktuallığını hələ də qoruyur. Eləcə də, ABŞ rəhbərliyinin dəyişməsindən sonra İranla nüvə anlaşmasının gələcəyi hələ də sual altındadır ki, bunu ruslar özləri də yaxşı bilirlər. Sadalanan məsələlər prioritet məsələlər hesab olunsa da, bununla yekunlaşmır. Belə ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyası özü çox böyük müzakirə mövzusu, həlli vacib məsələdir. Eləcə də iqlim dəyişikliyi problemi aktuallığını saxlayır ki, bunu Kreml də qəbul edir.
Avropa diplomatiyasının rəhbəri ən azı "əməkdaşlığın davam etdiyi və genişləndirilməli olduğu" sahələrdə seçmə dialoq üçün bir fürsət pəncərəsi saxlamağa çalışmaq üçün Moskvaya getdiyini açıq şəkildə bildirmişdi.
Bir sözlə, Rusiya hal-hazırda dünyanın diqqət mərkəzindədir. Üstəlik, Aleksey Navalnı ilə bağlı məhkəmə, onun işi daha böyük diqqətə səbəb olub, hətta dünyanın Rusiyaya cəmlənən diqqətini bir az da artırıb.
Rusiya ilə əlaqədar nə planlaşdırılır?
Aparıcı Avropa siyasətçilərinin və Avropa qurumlarının rəhbərliyinin açıqlamalarından, bu açıqlamaların qətiyyətliliyindən, emosionallığından bəlli olur ki, Rusiyaya qarşı onsuz da mövcud sanksiyalara əlavə olaraq yeni addımlar atılmasına da hazırlaşılır. Hətta bu barədə açıq şəkildə xəbərdarlıqlar da edilir.
Yalnız, Moskva və Brüssel münasibətlərinin fonunda, "yeni Avropa" siyasətçiləri və diplomatları ancaq məhdudlaşdırıcı tədbirlərin görülməsinin vacibliyindən danışırlar. "Avropa Birliyi yenidən sanksiyalar mövzusuna qayıtmalıdır", deyə Çex Xarici İşlər Naziri Tomas Petrşicek öz Twitter səhifəsində yazıb. Heç şübhəsiz ki, Çex XİN rəsmisi öz sosial şəbəkə hesabında, "sanksiyalar mövzusuna qayıdılmalıdır", deməklə, ehyam vurur.
Aleksey Navalnı ilə bağlı münasibətin Vaşinqtonda yeni administrasiyanın işə başlamasından yalnız iki həftə sonra açıqlandığını nəzərə alsaq, əsas suallardan biri də Amerikanın gələcək davranışları necə olacaq, sualıdır. ABŞ-ın Rusiyaya qarşı münasibəti bəllidir. Ancaq prezident Trampın hakimiyyəti dövründən fərqli olaraq, ABŞ və onun Avropadakı müttəfiqlərinin mövqeləri arasında müəyyən bir uçurum qaldığından, hadisələrin hələ hansı istiqamətdə cərəyan edəcəyini söyləmək çətindir. Məsələn, hazırkı vəziyyət bir çox mövzularda kəskin fikir ayrılıqlarının yarandığı qənaətinə gəlməyə imkan verir.
ABŞ-ın yeni Dövlət katibi Entoni Blinkenin dediyi kimi, "ABŞ, Rusiyanı vətəndaşlarının hüquqlarına əməl etməməsinə görə məsuliyyətə cəlb etmək üçün öz hərəkətlərini müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqələndirəcəkdir." ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, qəbul edilən Rusiya təhdidlərini qiymətləndirmək üçün işlərin "çox sürətli bir templə" irəlilədiyini qeyd edib. Navalnı işi hazırda Vaşinqton tərəfindən Rusiyaya qarşı "haker" hücumlarını intensivləşdirib. Bu işə, "seçki müdaxiləsi", eləcə də Əfqanıstandakı Amerika əsgərlərinin rəhbərləri üçün iddia edilən mükafatlar da daxil olmaqla ittihamların ümumi paketində baxılır.
"Rusiyaya zərərli, qanunsuz fəaliyyətlərinin bütün spektrini nəzərə alan hərtərəfli bir baxış var. Son illərdə Rusiyadan gördüklərimizə xeyir-dua verməyəcəyik. Vəziyyət hərtərəfli qiymətləndirdikdən sonra "sanksiyalar da daxil olmaqla, mütləq siyasi variantlar seçiləcək. Hər hansı bir sanksiya tətbiq olunana qədər danışmayacağıq", deyə Ned Prays açıq şəkildə bəyan edib.
Həm demokratlar, həm də respublikaçılar olan senatorlar da prezident Trampın məhv etməyi bacarmadığı Rusiya-Amerika münasibətlərinin təməlinin qalıqlarını belə qazılar desək, yanılmarıq. Hələ Barak Obamanın 2012-ci il prezident seçkilərindəki rəqibi Mitt Romney, yaxın gələcəkdə Navalnı ilə əlaqədar vəziyyətlə "məsul" olanlara qarşı sanksiyaların tətbiqinə dair bir qanun layihəsi təqdim etmək istədiyini açıqlamışdı.
"Güclü liderlər hakimiyyəti qorumaq üçün rəqiblərini həbs etməməlidirlər. Bu həftə bu hərəkətlərdən məsul olanlara sanksiya tətbiq edilməsi üçün bir qanun layihəsi təqdim edəcəyik", deyə cənab Romney söz vermişdi.
Rusiyada Qərbə qarşı "immunitet" yaranıb
Bu arada xatırladaq ki, rəsmi Moskva da Qərbin yanaşmasına öz kəskin münasibətini bildirib. Nəzərə çatdıraq ki, Josep Borrellin Moskvaya səfəri ərəfəsində Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Navalnı məsələsi ilə bağlı Qərbin reaksiyasına münasibətini gizlətməyib. Rusiya XİN rəsmisi "Qərbdə qanunsuz hərəkətlərin necə yatırıldığı" barədə eyham da vurub. Vurğulayıb ki, Qərb öz daxilində olan narazılıqlar, etirazlar zamanı onlara məxsus güc strukturlarının kobud və qanunsuz davranışlarını gizlədərək, etirazçıların şüşələri sındırmaq, tikililəri dağıtmaq, maşınları yandırmaq kimi vəhşiliklərini, vandallıqlarını ön plana çəkir, özlərinə məxsus olan qanunsuzluqları, kobud davranışları pərdə arxasına salır. Lavrov qeyd edib ki, onun sadaladığı faktlar sosial şəbəkələrdə kifayət qədərdir və videogörüntülərdə də öz əksini tapır.
"Bu gün həmin video materialı Brüsselə Avropa Birliyinin Xarici Siyasət üzrə Yüksək Nümayəndəsi Josep Borrellə göndərdim", deyə Sergey Lavrov bəyan edib.
Rusiya XİN rəsmisi Avropalı həmkarını "əsassız açıqlamalara deyil, hər iki tərəfin konkret faktlarına əsaslanaraq" söhbət aparmaq üçün Moskvaya səfərindən əvvəl video materiallar ilə tanış olmağa çağırıb. Bütün bunlar təsdiq edir ki, Rusiya rəsmiləri belə artıq Qərbin bu ölkəyə sanksiyalara hazırlaşdığından xəbərdardırlar. Hətta, çox güman ki, Rusiya bu sanksiyalara hazırlıqlıdır da. Göründüyü kimi, Lavrovun bəyan etdiklərindən sonra Josep Borrell də demək olar ki, çətin bir vəzifə qarşısında qalır. Brüssel ondan sərtlik nümayiş etdirməsini və Rusiyaya həqiqi bir ultimatum verəcəyini gözləyir. Ancaq belə bir mövqe, səfərin uğursuz olması deməkdir ki, bunu da cənab Borrell özünə sığışdıracaq, yoxsa yox, bunu da zaman göstərər. Siyasi Araşdırmalar Mərkəzinin direktoru Andrey Fedorov "Kommersant" nəşrinə bu mövzuda açıqlamasında bildirib və etiraf edib ki, qarşıda vacib diplomatik döyüşlər durur.
Əlbəttə ki, demokratiyanın, söz azadlığının boğulması qəbuledilən deyil. Ədalətsizliyə, qanunsuzluğa hamı qarşı çıxmalıdır. Amma, gəlin görək, həqiqətən də Lavrovun dediyi kimi, Qərb özü demokratiya, söz azadlığı, bərabərlik kimi bu ali prinsplərə əməl edirmi? Qərb ölkələrində nümayişçilərə, əliyalın etirazçılara qarşı rezin güllələrdən, atlardan, itlərdən istifadə edilməsi, bir çoxlarının xəsarət alması faktı, kütləvi həbslər məgər gizlindirmi? Xeyr. Biz bu qanunsuzluqların Avropa ölkələrində də, ABŞ-ın özündə də şahidi olmuşuq. Elə olan halda, Qərbin sanksiyadan danışması, bu barədə bəyan etməsi hansı məntiqə sığışır? Bu, yalnız, "öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq" məntiqinə sığışa bilər ki, bu da artıq sınanılan, tanış Qərb küləyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB