Son üç gündə Ermənistandan Rusiyaya 4000 şəxs miqrasiya edib QORXU
Ermənilər bu kimi xəbərlərin yayılmasından təlaşlanırlar
Rusiyanın Ermənistan vətəndaşlarına qapılarını yenidən açması kütləvi miqrasiyaya səbəb olmaqdadır. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, təkcə son 3 gündə Ermənistandan Rusiyaya 3900-4000 nəfər insan miqrasiya edib. Bu haqda yerevan.today yazır. Bildirilir ki, bunun qarşılığında Rusiyadan Ermənistana 3400 nəfər adam səfər etsə də, onlardan yalnız 1263 nəfəri Ermənistan vətəndaşlarıdır və onların geri dönmə səbəbləri ölkədəki mal-mülklərini satıb, yenidən Rusiyaya dönmək məqsədini daşıyır.
Bu arada ermənilərin mediaport teleqram kanalı yazır ki, Rusiya Federasiyasına getmək istəyən vətəndaşlar səhər saatlarından Qeqarkunik vilayətinin pasport masası şöbələrinə toplaşıblar. Eyni vəziyyət digər vilayət strukturlarında da yaşanmaqdadır.
"Heç bir dəfə görmüsünüz ki, Azərbaycan teleqram kanalları özlərini bu qədər rüsvayçı aparsınlar?"
Diqqət çəkən və maraq doğuran məqamlardan biri də ermənilərin sosial şəbəkələrdə bu kimi məlumatlar ətrafında çoxsaylı müzakirələrin aparması, habelə onların da Ermənistanı tərk etmək niyyətində olmaları barədə yazılanlardır. Bu reallıqdan təlaşlanan erməni teleqram kanallarından biri hiddətlənərək yazır: "Xain teleqram kanalları növbələrin şəkil və videolarını çəkir və bildirirlər ki, bu insanlar ölkədən getmək istəyənlərdir. Hətta bu belədirsə, onda bunu nəyə görə dərc edirsiniz? Elə bir ölkə yoxdur ki, oradakı teleqram kanalları dövlətə qarşı işləsin!!! Əgər siz Paşinyana qarşısınızsa, bu zaman onun özü və siyasəti haqqında yazın. Hansı cəhənnəmə görə siz məlumatları dərhal rus dilinə tərcümə edib, sonra da işıqlandırırsınız? Heç bir dəfə görmüsünüz ki, Azərbaycan teleqram kanalları özlərini bu qədər rüsvayçı aparsınlar? Onlar heç vaxt daxili siyasətlərini ictimailəşdirmirlər, bu da onların uğurlarıdır... siz isə əlinizə kiçik imkan düşən kimi yarışa girib, kimin daha tez bənzər materialları tərcümə edib işıqlandırmağa çalışırsınız", erməni teleqram səhifələrinin birində yazılıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB