“Mənim addımım” Naira Zoqrabyanın qarşısına hansı arqumenti qoydu? Kütləvi miqrasiya
Ermənistanda qarşısıalınmaz və kütləvi miqrasiya faktoru ölkə parlamentində "Çiçəklənən Ermənistan" partiyasını təmsil edən deputat Naira Zoqrabyan tərəfindən səsləndirilib. O, kütləvi miqrasiyanın əsas baiskarının Nikol Paşinyan hakimiyyətinin olduğunu desə də, "Mənim addımım" blokunun deputatları dərhal onun qarşısına fakt qoyublar. SİA xəbər verir ki, məhz 10 il ərzində əvvəlki hakim "Respublika" partiyası ilə koalisiyada olan siyasi təşkilat bu gün Naira Zoqrabyanın təmsil etdiyi və lideri Qagik Sarukyan olan "Çiçəklənən Ermənistan" partiyası olub. Belə ki, "Çiçəklənən Ermənistan" partiyası ilə Serj Sarqsyanın liderlik etdiyi "Respublika" partiyasının koalisiyaları dövründə, yəni 10 il ərzində ölkəni 400 min nəfər erməni vətəndaşı tərk edib.
Maraqlıdır ki, Zoqrabyan onun qarşısına qoyulan bu fakta qarşı heç bir cavab verə bilməyib və arqument qarşılığında susub.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB