YAP Suraxanı rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət edib FOTO
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının kollektivi və Gənclər Birliyi "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə Vətən Müharibəsi şəhidləri Səlimov Şiralı Vüqar oğlunun və Orucov Elmir Elyar oğlunun ailələrini ziyarət edib. SİA-nın verdiyi məlumata görə, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən daim uca tutulmasını, onların ailələrinin və övladlarının da çox dəyərli olmasını vurğulayıb. “2 fevral – Azərbaycan Gəncləri Günü” olmasını diqqətə çatdıraraq məhz şəhidlərimizin əsl vətənpərvərlik nümunəsi göstərməklə, düşmənə qarşı öz qanından, canından keçməklə doğma Vətənini qorumasını vurğuladı. Görüş zamanı şəhid valideynləri övladlarının hələ məktəb illərindən başlayaraq torpaqlarımızı işğal etmiş düşmənə qarşı necə nifrət bəslədikləri, Vətən Müharibəsi zamanı şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmaları, ölkə rəhbəri və xalqımız tərəfindən göstərilən diqqət və qayğı haqqında məlumat verdilər.
Sonda təşkilat tərəfindən şəhid ailələrinə xatirə olaraq “Anım Lövhəsi” təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB