MHP tərəfindən Şuşada tikiləcək məktəb necə idarə olunacaq? - Mevlüt Karakaya
Bakıda səfərdə olan Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Sədrinin müavini Mevlüt Karakaya MHP tərəfindən Şuşada tikiləcək orta məktəbin hansı formada idarə ediləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. SİA xəbər verir ki, məktəbin hansı formada idarə edilməsi ilə bağlı qərarı Azərbaycan Təhsil Nazirliyi verəcək.
"Biz məktəbi tikib Azərbaycanın Təhsil Nazirliyinə təhvil verəcəyik. Məktəbin hansı formada və qaydada idarə edilməsinə isə Azərbaycan qərar verəcək. Bizim işimiz məktəbi tikib təhsil verməkdir, ondan sonrasına qarışmayacağıq. Biz çalışacağıq ki, Şuşanın tarixinə, mədəniyyətinə və atmosferinə uyğun bir məktəb tikib qardaş Azərbaycan tərəfinə verəcək", deyə Karakaya bildirib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB