Şuşada tikiləcək məktəbin layihəsi qısa zamanda hazır olacaq - MHP sədrinin müavini

Şuşada tikiləcək məktəbin layihəsi qısa zamanda hazır olacaq - MHP sədrinin müavini

MHP tərəfindən Şuşada tikiləcək məktəbin layihəsi ən qısa zamanda hazır olacaq. SİA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Sədrinin müavini Mevlüt Karakaya mətbuat üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, hazırda məktəbin layihə üzərində işlər davam etdirilir: "Bu gün Bakıda bir neçə məktəbdə olduq. Təhsil naziri ilə görüşümüz zamanı müəyyən qeydlər aldıq. O qeydləri məktəbin layihələndirilməsi zamanı nəzərə alacağıq. Məktəbin layihəsi ən qısa zamanda hazır olacaq. Şuşanın atmosferinə uyğun bir şəkildə məktəb olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə