Təqaüdçülər Pfizer peyvəndindən sonra ölüblər İspaniyada

Təqaüdçülər Pfizer peyvəndindən sonra ölüblər İspaniyada

Pfizer peyvəndindən sonra təqaüdçülərin kütləvi ölümü İspaniyada geniş miqyaslı bir araşdırmaya səbəb olub. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, peyvənddən sonra bütün qocalar evinin sakinlərinin dərhal virusa tutduqları aydın olub ki, bunların yeddi nəfəri dərhal ölüb, dörd nəfər isə xəstəxanaya yerləşdirilib.

Xatırladılır ki, İsraildə də 19 yaşındakı bir xəstə, Pfizer ilə peyvənd olunduqdan sonra qəfil miyokarddan ölüb.
İngiltərə-İsveç şirkəti olan AstraZeneca da saxtakarlıqda günahlandırılıb. Reuters xəbər verir ki, 1500-ə yaxın könüllü səhvən testlər zamanı dozanın yarısını qəbul edib. Ancaq həkimlər bunu gizlədiblər.

Bütün problemlərə baxmayaraq, ölkələr məhdudiyyətləri tədricən yumşaldırlar. Polşa və Avstriyada mağazaların, məktəblərin açılacağı, Vatikan Muzeylərinin və Kolizeyin yenidən İtaliyada ziyarətçiləri qəbul etməyə başlayacağı gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə