Sefilyanın arvadı qarabağlı erməniləri “eşşək” adlandırdı FOTO

Sefilyanın arvadı qarabağlı erməniləri “eşşək” adlandırdı FOTO

Jirayr Sefilyanın arvadı Nanor Barseqyan-Sefilyan qarabağlı erməniləri sosial şəbəkədə təhqir edib. SİA erməni teleqram shifələrinə istinadən bildirir ki, Sefilyanın arvadı qarabağlı erməniləri “eşşək” adlandırıb və yazıb ki, onlar Ermənistandan öz Ağdamlarına rədd olsunlar.

Xatırladaq ki, podpolkovnik Jirayr Sefilyan birinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərin iştirakçısıdır və o, həmin vaxt Şuşa xüsusi batalyonuna komandirilik edib.

2016-cı ildə İrəvandakı polis alayına silahlı hücum edən Sefilyan hazırda “Sasna Srer” ümumerməni partiyasının idarə heyətinin üzvü olmaqla yanaşı, həm də müxalifətin “Təsisatçı parlament” hərəkatının üzvüdür. Qarabağ ermənilərini təhqir edən arvadı da onunla eyni siyasi kampaniyalarda iştirak edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə