Elnur Əliyev: “Ermənistan bilir ki, Azərbaycan xalqı torpaqlarını gec-tez geri qaytaracaq” - (Səs TV)
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Mürtəza Həsənov və akademiyanın müəllimi Elnur Əliyevin Səs TV-yə müsahibəsi:
- Ermənistan prezidenti Serj Sarkisyan bir neçə gün bundan əvvəl rus qəzetlərindən birinə müsahibə verən zaman "Müharibəyə hazırıq" adlı şüar səsləndirib. Bu fikri qorxaqlıqdan doğan reaksiya hesab etmək olarmı?
Mürtəza Həsənov:
- Ermənistan prezidentinin hansı açıqlamasında nə dediyi Azərbaycan xalqını artıq maraqlandırmır. Çünki siyasəti yalanlar üzərində qurulan dövlətin nə özü, nə də rəhbəri heç kim üçün maraqlı deyil. Ermənistan hakimiyyəti özü də yaxşı bilir və qəbul edir ki, artıq onların daxilində ciddi problemlər var. Lakin biz hamımız yaxşı bilirik ki, Ermənistanın müharibəyə hazır olduğu istiqamətində deyilən bütün fikirlər, əslində Azərbaycanın mühairbəyə tam hazır olduğunu bilən ermənilərin qorxu içərisində verdikləri cavab qarşılığıdır. Lakin, yaxşı bilməlidirlər ki, qorxunun əcələ faydası yoxdur. Ermənistan prezidentinin müsahibəsində "Bölgədəki təhlükəsizliyi yalnız Rusiya təmin edə bilər" kimi fikirlərə yer verilib. Bunlar isə, ermənilərin ruslara yaltaqlandığının bariz nümunəsidir.
- Sizcə Serj Sarkisyanın bu cür ifadələrlə çıxış etməsinin kökündə hansı səbəblər durur?
Elnur Əliyev:
- Sarkisyanın bu cür ifadələr işlətməsi, Rusiyanın kölgəsi altında gizlənməsi hardasa başadüşüləndir. Çünki o, Dağlı Qarabağın işğalı ilə hakimiyyətə gəlib. Hazırda isə Ermənistanın daxilində baş verən siyasi, iqtisadi gərginliklər hamımıza məlumdur. Ona görə də ölkə başçısı qorxuya düşüb və bunu müxtəlif üsullarla ört-basdır etməyə çalışır. Digər tərəfdən isə, Ermənistanda sosial partlayışlar baş verə bilər. Çünki, sosial rifahı yaxşı olmayan əhali artıq durmadan üsyanlar edir. Bu da öz növbəsində ölkənin daxili zəifliyinə gətirib çıxarır. Belə bir məqamda Ermənistan bilir ki, Azərbaycan xalqı müharibəyə hazırdır və torpaqlarını gec-tez geri qaytaracaq. Ona görə də, onlar əl ayağa düşüblər. Bu da Sarkisyanın müsahibəsində açıq-aşkar görünür. Əgər bu gün Ermənistan bu istiqamətdə müsahibələr verirsə, bütün bunlar Azərbaycan prezidentinin uğurlu daxili siyasətinin nəticəsidir. Çünki xarici siyasət özü daxildən başlayır. Daxilində siyasi sabitlik olmayan ölkənin xarici uğurundan danışmaq mümkün deyil.
- Sizcə prezidentlərin 3 tərəfli görüşündə hansısa addımlara ümid bəsləmək olarmı?
Mürtəza Həsənov:
- İlk olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan prezidentinin yeritdiyi uğurlu xarici siyasət nəticəsində artıq Birləşmiş Millətlər, ATƏT, İslam Konfransı kimi bir sıra təşkilatlar Dağlıq Qarabağın Azərbaycan torpağı olduğuna və ermənilərin bu əraziləri işğal etdiyinə inanır və Ermənistanı işğalçı dövlət kimi tanıyırlar. Amma Ermənistan bizim torpaqlarımızdan çıxmaq fikrində deyil. Təbii ki, ermənilər torpaqlarımızın işğalında təkbaşına olsaydılar, hər şey tamam fərqli olardı. Lakin tarixən atılan hər addımlarında hansısa dövlətin çətiri altında gizlənən ermənilər bu dəfə də öz siyasi xəttlərinə sadiq qaldılar. Bütün hallarda Dağlıq Qarabağ müharibəsi nəticəsində 20 mindən çox insanımız ölüb, 700 mindən çox tarixi əsərimiz ələ keçirilib, 22 muzey yoxa çıxıb, 60 mindən çox mədəniyyət əsəri ermənilər tərəfindən oğurlanıb. Prezidentlərin görüşlərinə artıq bir neçə dəfə şahid olsaq da, bunun nəticəsi olmadığını bilirik. Ona görə də Azərbaycan prezidenti özü də bəyan edib ki, əgər Ermənistan geri addım atmasa müharibə variantına üz tutacağıq. Çünki artıq başqa yolumuz yoxdur. Torpaqlarımız üçün etdiyimiz səbr bundan daha irəliyə gedə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB