Ermənistan MN yüzlərlə cəsədi soyuducularda gizlədir FOTO

Ermənistanda Qarabağ cəbhəsində övladlarını itirən və hələ də cəsədlərini geri ala bilməyən, bununla bağlı etiraz aksiyaları keçirən valideynlər növbəti faktla qarşı-qarşıya qalıblar. SİA-nın məlumatına görə, erməni teleqram kanallarında və digər sosial şəbəkə seqmentlərində bildirilir ki, üzə çıxan fakt dəhşət doğurur. Belə ki, Metsamor şəhərinin morqu qarşısında “Spayk” şirkətinə məxsus mobil soyuducular aşkarlanıb. Şəhər sakinlərinin bildirdiklərinə görə, soyuducularda cəbhədə öldürülmüş əsgər və zabitlərin meyitlərinin qalıqları saxlanılır və onların tanınması hələ də mümkün olmayıb. Erməni saytı “Faktinfo”ya məsələ ilə bağlı açıqlama verən Ermənistan MN-nin səlahiyyətliləri bildiriblər ki, soyuducular nazirliyin ehtiyacı əsasında təyin edilən yerə çatdırılıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...