Paşinyanla Arutyunyan iclas keçiriblər

Ermənistanın baş naziri Nikol Paşinyan və qondarma rejim prezidenti Araik Arutyunyan Təhlükəsizlik Şurasının iclasını keçiriblər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Paşinyan öz çıxışında Ermənistan və qondarma rejimin hakimiyyət orqanlarının hərəkətlərinin əlaqələndirilməsinin vacibliyini bildirib. O, məlumat mübadiləsinə, gələcək fəaliyyətlərin strateji və taktiki planlaşdırılmasına kömək etdiyi üçün qondarma rejim rəhbərinin Ermənistan Təhlükəsizlik Şurasının iclasında iştirakını vacib hesab etdiyini bildirib.
Həmçinin, məlumatda nəzərə çatdırılır ki, yığıncaqda mövcud gündəmin problemləri müzakirə edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə