Erməni hərbçilərinin meyitləri artır AXTARIŞ

Hadrutda erməni həbrçilərindən və bir mülki şəxsdən ibarət daha 7 meyit aşkar olunub. SİA xəbər verir ki, bu barədə “Armenian Military Portal” yazır. Qeyd edilir ki, bundan əvvəl beş erməni hərbçisinin meyitləri Sünikin (Zəngəzur) David Bek ərazisində tapılıb.

“Axtarış işləri Hadrutda, Füzulidə, Cəbrayılda, Zəngilanda, eləcə də Süsnikin (Zəngəzurun) Mehri şəhərinin ərazisində davam etdirilir”, deyə adıçəkilən erməni mənbəsi yazır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə