Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək FOTOLAR

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək "Qış təlimi-2021"də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibətilə mərasim keçirilib. Yolasalma mərasimində Azərbaycanın dövlət himni səsləndirildikdən sonra general-mayor Fazil Ağalarov çıxışında inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışaraq "Qış təlimi-2021"də iştirak edəcək bölmələrə uğurlar arzulayıb. Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki "Ümid" körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə