“Revanşizm düşüncəsi kənara atılmalıdır” Lena Nazaryan

Parlamentin vitse-spikeri Dağlıq Qarabağ ərazilərinin hərbi yolla qaytarılması ideyalarını, “revanşizm” deyilən ideyaları geriləmə və zərərli hesab edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, parlamentin vitse-spikeri Lena Nazaryan bu barədə "Sputnik Ermənistan"a verdiyi müsahibədə danışıb.
“Bu gün bir çox mütəxəssis, müxtəlif simalar deyir ki, bir neçə illik dinc həyatdan sonra güclənəcəyik, silahlanacağıq və sonra qələbə payımızın arxasınca gedəcəyik. Bağışlayın, bu düşüncəni regresiv və zərərli hesab edirəm. Ermənistanın bütün qonşuları ilə “uzunmüddətli və ya hətta qalıcı sülh” yaratmağa çalışmalıyıq. Bölgə gec-tez normal simada olmalıdır", deyə Nazaryan bəyan edib.
Azərbaycanın olan Qarabağ ərazilərini hərbi yolla geri qaytarmaq fikrindən imtina etməyin lazım olub-olmadığını soruşduqda da, o müvafiq cavab verib.
"Müharibə istəmirəm. Siyasi proseslər yolu ilə tənzimlənməni istəyirəm. Siyasətə inanıram, mən siyasətçiyəm”, deyə Nazaryan vurğulayıb.
Bu qədər insanın həyatına son qoyan müharibədən qaçmaq mümkün olub-olmadığına gəldikdə, vitse-spiker qeyd edib ki, cəmiyyət son 30 ildə aparılan danışıqları, siyasi prosesi araşdırmalıdır.
“Harada və hansı səhvlərin edildiyini anlamaq, dərs almaq lazımdır. Müharibə olmamalı, müasir sivil dünyada bütün məsələlər sülh yolu ilə, danışıqlar yolu ilə həll edilməlidir”, deyə vitse-spiker fikirlərini açıqlayıb.
Vitse-spiker, eyni zamanda, müxalifətin ölkənin məğlub liderinin danışıqlar apara bilməyəcəyi iddialarına da münasibət bildirib. Onun fikrincə, xəyallar aləmində, buludlarda gəzmək ölkəsinə heç nə vəd eimir və qalib mövqedə olmaq üçün, ölkəsinin malik olmadığı hansısa imkanlar tələb olunduğunu anlayır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə