2020-ci ildə Ermənistana qoyulan investisiya sıfır həddinə çatıb Armsesns

2020-ci ilin yanvar-sentyabr aylarında (müharibəyə qədər) Ermənistan iqtisadiyyatına yönələn birbaşa təmiz investisiya axını cəmi 630 min dollar (311 milyon dram) təşkil edib. SİA xəbər verir ki, bu barədə armsens teleqram kanalı etibarlı mənbələrə istinadən məlumat yayıb.

2019-cu ilin eyni müddətində bu məbləğ 80 milyon, 2018-ci ildə 128 minlyon 2016-cı ildə 96 milyon, 2015-ci ildə 168 milyon dolları əhatə edib.

Beləliklə, 2019-cu illə müqayisədə investisiya azalması 99,2%-i təşkil edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə