“Etiraz aksiyaları sərtləşdirilir” Arsen Babayan

"Vətənin Qurtuluşu Hərəkatı" yeni taktikalardan istifadə edəcəkdir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rodina Partiya Şurasının üzvü Arsen Babayan bu barədə "Hraparak" qəzetinin müxbirinə açıqlama verib.
Şura üzvü xüsusilə vurğulayıb ki, vətəni qurtarmaq adı ilə yaradılan bu hərəkat, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb etməklə, yeni taktika ilə etiraz aksiyalarına davam edəcəkdir və yaxın gələcəkdə aksiya daha sərt olacaq.
"Bu gündən etibarən "Vətənin Qurtuluşu Hərəkatı"ndan vahid namizəd Vazgen Manukyanın ölkənin bölgələrinə səfərləri başlayacaq. İlk səfərin Şirak bölgəsində, xüsusən Gümrüdə, daha sonra Vanadzorda və digər bölgələrdə baş tutması planlaşdırılır. Vazgen Manukyan tək getməyəcək. Onu Hərəkata cəlb olunan qüvvələrin nümayəndələri müşayiət edəcək", deyə qəzet Babayanın fikirlərini yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə