“İnkişafımız artdıqca əleyhimizə danışanların sayı artacaq, buna hazır olmaq lazımdır” RƏSUL QULIYEV
“Şanlı Azərbaycan ordusu torpaqlarını azad edib və siz gündə “Bəlkə də qaytardılar” deyən yazıqlarsınız. İndi də Amerikanın dağılmasından sayıqlayırsınız”. SİA xəbər verir ki, bunu sosial şəbəkədə sabiq spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Rusiyanın hakim siyasi isteblişemntinin Amerikadakı olayları bu ölkənin süquta uğraması ilə əlaqəli proqnozlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın apardığı kadr siyasəti, ordusunun döyüş gücünü Ermənistanla müqayisədə azı 3 dəfə artırması ölkədə dərin islahatların başlanğıcından xəbər verir.
“Rusiya kimi bir çox ölkələrdə korrupsiya və rüşvətxorluq artır, Azərbaycanda isə azalır”, deyən Rəsul Quliyev onu da iddia edib ki, ölkəmizin tərəqqisindən qıcıqlananların sayı arta bilər. “Bizim inkişafımız artdıqca əleyhimizə danışanların sayı artacaq, buna hazır olmaq lazımdır”, eks-spiker bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB