“Rusiya XİN Paşinyanı yalan məlumatlar yaymaqda günahlandırıb” Qoar Meloyan

“Rusiya XİN Paşinyanı yalan məlumatlar yaymaqda günahlandırıb” Qoar Meloyan

Rusiya Xarici İşlər Nazirliyi Nikol Paşinyanın Dağlıq Qarabağ problemi ilə bağlı "44 günlük müharibənin mənşəyi" adlı məqaləsinə cavab olaraq, sonuncunu birbaşa münaqişənin həlli şərtləri barədə son dərəcə yalan məlumatlar yaymaqda günahlandırıb. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə konstitusiya hüququ üzrə mütəxəssis Qoar Meloyan özünün Facebook səhifəsində yazıb.

O, xüsusilə vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyinin cavabı peşəkarlardan sonra məsuliyyətsiz həvəskarların dövlət idarəçiliyini ələ alması halında baş verənlərin bir daha sübutudur.

Yayılan məlumatda xatırladılır ki, yanvarın 13-də ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Xüsusi Səfiri İqor Popov tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın “44 günlük müharibənin mənşəyi” məqaləsi ilə bağlı açıqlama verilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə