Ötən gün Ermənistanda ölkənin düşdüyü vəziyyət və s. mövcud hadisələrlə bağlı sorğu keçirilib. SİA xəbər verir ki, sorğunu ArmVoice teleqram kanalının könüllüləri keçiriblər. Belə ki, sorğuda iki sual verilib:
1-Nikol Paşinyanı baş nazir postunda dəstəkləyirsinizmi?
2- Ermənistanı tərk etmək və qazanc dalınca xaricə mühacirət etməyi düşünürsünüzmü?
Sorğuda yaşı 19-dan başlayaraq 70-dək olan 100 insan iştirak edib. Nəricələr isə bu cürdür:
Paşinyanın baş nazir postundan dəstəkləyənlərin 28%-i “hə”, 64%-i isə “yox” cavabını veriblər. 8 nəfər isə birmənalı cavab verməkdə çətinlik çəkib.
Ermənistandan qazanc dalınca mühacirət etməyi düşünənlərdən 65%-i müsbət cavab versələr də, 35%-i mühacirət barədə düşünmədiklərini bildiriblər.
Teleqram kanalının yazdığına görə, sorğuda yaşanan təəccüblü hal bu olub ki, məhz Paşinyana dəstək verənlərin 75%-i başqa ölkəyə köçmək niyyətində olduqlarını bildirənlərdir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB