Qarabağın tarixi qayıdışı - ŞƏRH

"Qarabağ Dirçəliş Fondu"nun yaradılması bu reallığın təsdiqidir

Bu gün işğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq".

Bəli, 30 il həsrətində qaldığımız tarixi dədə-baba torpağımızın – Qarabağlımızın əvvəlkindən də daha gözəl bir diyara çevriləcəyi elə ilk qələbələrimizdən başlanıldı. Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, ərazilər işğaldan azad olunduqca ermənilərin bizim torpaqlarda talançılıq və dağıdıcılıqla məşğul olması da bir daha dünyaya sübut olundu. Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Çünki dövlətimizin başçısı dediyi kimi - “Qarabağ Azərbaycandır!”.

İşğaldan azad edilən ərazilərimizdə artıq yeni infrastrukturun qurulmasına başlanılması onu göstərir ki, tarixi və əzəli torpaqlarımıza yenidən nəfəs gəlir, Talış və Suqovuşan kəndlərinə, Şuşa şəhərinə yeni avtomobil yollarının çəkilməsi böyük qayıdışın artıq başladığının əlamətlərindən biridir.

2021-ci il yanvarın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin yaradılması haqqında Fərmanı Qarabağın tarixi qayıdışıdır. Qeyd edək ki, bu Fərman ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin, 30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasının, ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Həmçinin ən əsası isə, bu sənəd işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacağını təsdiq edir.

Qarabağ Azərbaycandır! – Dəmir yumruğun 44 gündə qələbəsi

Bəli, illər sonra Azərbaycanın Müzəffər Ordusu düşmənin başına dəmir yumruğunu endirərək Qarabağı işğalçılardan təmizlədi. 30 illik münaqişə 44 gündə Azərbaycanın haqlı qələbəsi ilə bitdi. Qeyd edək ki, torpaqlarımız azad olduqca müharibə getməsinə baxmayaraq işğaldan azad olunan torpaqlarımızda abadılıq işləri aparılır.

Bəli, 17 illik hakimiyyəti dövründə Prezident, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev dediyini etdi, Qarabağı Azərbaycana qaytardı. Azad olunmuş ərazilərə səfərləri zamanı Prezident bildirib ki, tezliklə bu torpaqlarda yeni şəhər və qəsəbələrin, infrastrukturların, sosial obyektlərin və müxtəlif müəssisələrin açılışlarını edəcək. Bu baxımdan da Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqlarımızın inkişafı ilə bağlı imzaladığı Fərman və Sərəncamları, o cümlədən “Qarabağ Dirçəliş Fondu” 30 il həsrətində olduğumuz torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsində, Qarabağa layiqli həyatın qaytarılmasında mühüm rol oynayacaq və tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədinə mühüm töhfə olacaq.

"Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik"

Dövlət başçımızın dediyi kimi, biz qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq: "Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik".

Bəli, Ermənistanı diz çökdürən qalib Azərbaycan işğaldan azad olunmuş bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini yenidən quracaq. Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun ağrısını başında hiss edəcək.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə işğaldan azad edilən yaşayış məntəqələrimizdə artıq yeni dövr başladığını diqqətə çatdıraraq, hazırda bu ərazilərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, yaşayış məntəqələrinin xarabalığa çevrildiyini, hətta evlərin pəncərə çərçivələrinin belə oğurlandığını, infrastrukturun tamamilə dağıdıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan edildiyini, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan edildiyini bildirib. Dövlətimizin başçısı, eyni zamanda, xatırladıb: "Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar".

Göründüyü kimi, Prezident İlham Əliyev tarixi ədaləti dəmir yumruqla bərpa etdi. Bu gün Vətən müharibəsi zamanı işğalçı Ermənistan tərəfindən mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Tezliklə dəymiş hər bir zərər aradan qaldırılacaq, evlər və infrastruktur bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaq. Bu istiqamətdə imzalanan sərəncamlar bir daha göstərir ki, Prezident İlham Əliyev hər zaman öz vətəndaşının yanındadır.

Bir sözlə, bu gün artıq Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Bəli, sentyabrın 27-də Ermənistanın törətdiyi təxribata atekvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edil keçirilən çoxsahəli, çoxşaxəli və davamlı islahatlar istər Dünya Bankı, istərsə də digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən izlənilir və qiymətləndirilir. Bütün bunlar Azərbaycanın dünyanın sayılıb-seçilən ölkələrindən olduğunu bir daha təsdiqlədi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə