“Qarabağ üzrə razılaşmalar münaqişənin ədalətli əsaslarla həll olunması üçün şərait yaradır” PUTİN

“Qarabağ üzrə razılaşmalar münaqişənin ədalətli əsaslarla həll olunması üçün şərait yaradır” PUTİN

“Putin Əliyevə və Paşinyana Qarabağ məsələsinin birdəfəlik həlli istiqamətində yeni addımları müzakirə aparmağı təklif etdi”. SİA xəbər verir ki, bu haqda TASS agentliyi yazır. Agentlik Vladimir Putinə istinadən qeyd edir ki, Qarabağ üzrə razılaşmalar realizə edilir və bu, münaqişənin ədalətli əsaslarla həll olunması üçün şərait yaradır.

“Dağlıq Qarabağda vəziyyət sakit qalmaqda davam edir və regiona artıq 48 min qaçqın geri dönüb”, Putin bildirib və qeyd edib ki, Rusiyanın, Azərbaycanın və Ermənistanın üçtərəfli xüsusi qrupu Qarabağa bağlı olan ticari və iqtisadi maneələrin aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə