Son müşavirə zəfər ilinin yekunlarına həsr edilmiş tədbir kimi yadda qaldı - AÇIQLAMA
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə müstəqillik tariximizin ən şanlı ilinin, tarixi zəfər ilinin yekunlarına həsr edilmiş müşavirə kimi yadda qaldı. Elə müşavirədə qoyulan məsələlər də, 2021-ci ildə görüləcək işlərlə bağlı səsləndirilən fikirlər də tarixi idi . Çünki cəmi bir neçə ay bundan əvvələ qədər yalnız xəyal edə biləcəyimiz torpaqlarımızın işğaldan azad edilməsi arzsu artıq 2020-ci ildə reallığa çevrilən gerçəklik olmuşdu. Qarşıda duran vəzifələr və görüləcək işlər isə ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın gələcək inkişafı və işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın təmin olunması ilə bağlı idi". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, müşavirə eyni zamanda həm də 30 illik müstəqillik tariximizin bir növ qısa hesabatı idi: "Azərbaycan Prezidenti torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan azad edilməsindən danışarkən bir sıra mühüm məslələri qeyd etməklə əslində nə üçün işğala məruz qalmağımızın səbəblərinə də toxunaraq bu səbəblərin yeni nəslə obyektiv şəkildə çatdırılmasının aktuallığından danışdı. Doğurdan da yalnız tarixi yaddaşda varislilik və milli hesabatlılıq sayəsində tarixdən dərs çıxartmaq və yol verilən səhvləri bir daha təkrar etməmək olar. Üçtərəfli bəyənnamədə razılaşdırılmış maddələrdən danışarkən bu maddələrin qeyd-şərtsiz yerinə gətirlməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu yaxınlarda Ermənistanın xarici işlər nazirinin Azərbaycanın ərazisinə qeyri-qanuni səfərinə də toxunaraq sərt bir şəkildə xəbbərdarlıq etdi və eyni zamanda bir daha rus sülməramlılarına öz vəzifələrini xatırlatdı. Müşavirdə böyük qayıdışın artıq həyata keçirilməsindən danışılıdı və aydın oldu ki, hazırda bu qayıdışı təmin edəcək ilkin nəqliyyat və kommunikasiya layihələrinin icrasına başlanılıb və qısa müddətdə xeyli işlər görülüb".
H.Babaoğlu vurğulayıb ki, bununla belə işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının və təbii resurslarının qısa müddətdə qiymətləndirilməsi və iqtisadiyyatımıza qazandırılması ilə bağlı qarşıda mühüm vəzifələrin dayandığı bildirildi: "Şəhərlərimizin yenidənqurulması, tarixi-mədəni və dini abidələrimizin bərpa edilməsi, işğal müddətində erməni vandalizminə məruz qalmış ərzailərimizə dəymiş ziyanın hesablanaraq təzminatla bağlı hüquqi prosedurların başladılması da müşavirədə diqqət mərkəziində olan məsələlərdən idi. Ən mühüm məsələlərdən biri isə Vətən müharibəsnin birinci qəhrəmanları olan şəhidlərimizə və onların ailələrinə dövlət qayğısının daimi olacağı ilə bağlı Ali Baş Komnandan İlham Əliyevin səsləndirdiyi fikirlər idi. Prezident bildirdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlət Qaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə, müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə, eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Doğurdan da belə bir qərarın qəbul edilməsi öz canlarını vətən torpaqlarımızı işğaldan azad edilməsi üçün fəda edən müqəddəs şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə isə diqqət və qayğının nümunəsi kimi qimətləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB