"Azərbaycan və Türkiyə regionda öz mövqeyini ciddi şəkildə gücləndirir" ÖZƏL-MÜNASİBƏT
"Dövlət başçısı İlham Əliyevin qısa bir vaxtda Füzulidə bəynəlxalq aeroportun tikilib istifadəyə veriləcəyini qeyd etməsi strateji əhəmiyyət kəsb edir. Bununla da Xocalı aeroportu bağlanacaq. Xocalı aeroporotu kiçik tutumlu təyyarələri qəbul edir və müasir standartlara cavab vermir. Baxmayaraq ki, hazırda orada bizim nəzarətimiz olmasa da, hava məkanı Azərbaycanın nəzarətindədir və oradan uçuşlar mümkün deyil. Hətta Paşinyan istəsə belə bundan sonra Helikopterlə Xocalı aeroportuna gələ bilməz. Dərhal havada məhv edilər". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, bundan əlavə, Rusiya tərəfi "sülhməramlı" qüvvələrinin lojistik dəstəyi üçün Xocalı aeroportunun açılmasında israrlıdır: "Kiçik tutumlu hərbi nəqliyyat təyyarələrinin bura eniş etməsinə çalışır. Azərbaycan buna razılıq vermir. Çünki, bu, siyasi-strateji əhəmiyyət kəsb edir. Azərbaycan buna icazə verərsə, müəyyən fəsadları mümkündür.
Rusiya faktiki olaraq beş il ərzində Qarabağda olacaq. Ona görə də Füzuli aeroportu açılandan sonra, Azərbaycanın nəzarəti altında Rusiya təyyarələri bura eniş edəcək. Nəzərə alaq ki, Türkiyə hərbiçiləri də Qarabağdadi və Füzuli aeroportuna Türkiyə hərbi təyyarələri də eniş edəcək. Buradakı hərbiçilərinin təminatını hər iki ölkə qısa vaxtda təmin etmək iqtidarında olacaq. Xocalı aeroporotundan isə təktərəfli Rusiya istifadə edəcəkdir.
Azərbaycan bundan sonra Xocalı aeroportunun əhəmiyyətini tam sıfıra endirəcək və ümumiyyətlə adi bir helikopter uçuşuna icazə verməyəcək. Bu aeroportu beynəlxalq aviasiya sistemindən çıxaracaq. Füzuli aeroportu Qarabağ zonasında bir beynəlxalq aeroport olacaq.
Bundan əlavə, Dağlıq Qarabağda ermənilərin fəaliyyətinə gəldikdə isə, onlara heç bir vaxt status verilməyəcək. Arayik Arutunyan, Vitaliy Balsanyandan istifadə edən Rusiya bir müddətdən sonra fakt qarşısında qalıb Azərbaycan və Türkiyə ilə birgə ciddi əməkdaşlığa getməsi qaçılmazdır. Laçın dəhlizinə vizual və siyasi nəzarət, həmçinin Xocavənd rayonu, Şuşa ətraflı ərazilər hərbiçilərimiz tərəfindən nəzarətə alınır. Ermenilər üçün artıq burada yaşamaq çox çətin olacaq.
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qəti siyasi iradəsi yoxdur. Sadəcə Rusiya burada müəyyən rollar oyanır. Bunun da qarşısı alınacaq. Azərbaycan və Türkiyə çox ciddi şəkildə regionda öz mövqeyini gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB