Qeyri-neft sənayemiz 11 faizdən çox artıb Prezident İlham Əliyev

Qeyri-neft sənayemiz 11 faizdən çox artıb Prezident İlham Əliyev

Qeyri-neft sənayemiz 11 faizdən çox artıb. SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə