Şurnux kəndinin sakinləri artıq Azərbaycana köçürülən 12 evi tərk ediblər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Şurnuxun başçısı Hakob Arşakyan news.am müxbirinə verdiyi müsahibəsində söyləyib.
“Artıq gəliblər, sərhədçilərimiz buradadır. Və aşağıya enirəm, bir türk generalı var, harada duracağımıza qərar verməliyik”, deyə Arşakyan bildirib.
Onun sözlərinə görə, evsiz qalan ailələrin əksəriyyəti kənddəki boş evlərdə məskunlaşıb, bir neçə ailə Gorusa, digərləri də Qafana köçüb.
Xatırladaq ki, Azərbaycan tərəfi bir qədər əvvəl kəndin, Şurnuxun sakinlərinə bu ərazidə yerləşən 12 evi boşaltmaq, tərk etmək üçün vaxt vermişdilər. Kənd sakinlərinin bir qismi evlərini yandırıb. Beləliklə, Şurnuh iki hissəyə ayrılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB