Qondarma rejim prezidenti 1 yanvar 2021-ci il tarixində cəbhə bölgəsini ziyarəti zamanı keyfiyyətcə yeni bir orduya ehtiyac olduğunu ifadə edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən bu xəbəri verir.
Məlumatda qeyd olunur ki, Arayik Arutyunyan 1 yanvar tarixində cəbhə bölgəsinə gedib və istehkam işləri ilə tanış olub.
Qondarma rejim rəhbəri hərbçilərlə söhbət edib, mövcud problemlərlə maraqlanıb və müharibənin nəticələrindən asılı olmayaraq "müdafiə ordusu" nun gücləndirilməyə ehtiyac duyduğunu qeyd edib.
"Müharibədən alınan dərslər də təsdiq edir ki, keyfiyyətli ordumuz yoxdur və qabaqcıl ölkələrin təcrübəsinə, müasir silah növlərinə güvənəcək keyfiyyətcə yeni bir orduya ehtiyacımız var", deyə Arutyunyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB