Paşinyan demokratiya dəyərlərini başa düşməyən bir diktatora çevrilib - ŞƏRH ÖZƏL

Paşinyan demokratiya dəyərlərini başa düşməyən bir diktatora çevrilib - ŞƏRH ÖZƏL

"Reallıq ondan ibarətdir ki, demokratik şuarlarla hakimiyyətə gələn Paşinyan artıq məlub olub ki, həm demokartiya dəyərlərini başa düşməyən bir insan, həmçinin də maliyyə fırıldaqlıqları ilə məşğul olan bir şəxsdir. Bəziləri təkidlə bildirirlər ki, Paşinyan guya demokratik yolla hakimiyyətə gəlib. Lakin bizə tarixdən məlumdur ki, demokratik yolla hamikiyyətə gəlib daha sonra əsl diktatorlara da çevrilə biliblər". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Ekspertin sözlərinə görə, zaman o kəslərin iç üzünü açıb: "Almaniyanın 1930-cu illərini yadımıza salaq. Vaxtilə Hitler də demokratik yolla hakimiyyətə gəlib. Lakin sonradan onun həm siyasi, həm də digər bütün sahələrdə hansı işlərlə məşğul olduğunu bilirik. Fikrimcə, belə bir vəziyyətdə Paşinyan nə qədər tez istefa versə, bir o qədər yaşanacaq biyabrçılıqlardan uzaqlaşa bilər. Çünki Paşinyanın hakimiyyətdə qalması ona bir çox problemlər yarada bilər. Həm siyasi, həm maliyyə, həm də onun şəxsi həyatı baxımından onun üçün çətinliklərin yaranacağı istisna deyil. Ona görə, düşünürəm ki, Paşinyanın taleyi artıq həll olunub".

F.Sadıqov vurğulayıb ki, xaricdən və ya ölkənin daxilindəki müəyyən dairələr onu dəstəkləsələr də, Paşinyan özü başa düşməlidir ki, istefa verməsi onun üçün daha düzgün seçim olacaq: "Mənə elə gəlir ki, Paşinyan özü də bunu başa düşür. Növbədənkənar parlament seçkilərinin keçirilməsi təsadüfi bir şüar deyil. Paşinyan yaxşı başa düşür ki, indi dərhal istefa versə, o sadəcə olaraq birbaşa öz iqamətgahından məhkəməyə getməlidir. Bu birmənalıdır. Ermənistan rəsmi dairələri ona qarşı bu prosesi tətbiq edəcək. Müxtəlif yollarla hazırda özünü hakimiyyətdə saxlayır. Lakin görürsünüz ki, müddət uzandıqca onun etdiyi fırıldaqlar daha çox üzə çıxır. Buna görə də tezliklə hakimiyyətdən getmək Paşinyanın maraqlarında olmalıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə