O, Rusiyanın baş naziri, yaxud hökumət başçısı olaraq ciddi, hətta böyük səhvə yol verir!
“Ümidvaram ki, 2021-ci ildə Rusiya və Ermənistan arasındakı çoxplanlı əməkdaşlıq möhkəmlənməyə davam edəcək”. SİA xəbər verir ki, bu fikirləri Rusiya hökumətinin başçısı Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktubunda qeyd edib.
Lakin bununla yanaşı, sözügedən məktubda anlaşılmayan, yaxud heç bir aidiyyatı olmayan bir məqam da var. Bu məqam isə Mişustinin Qarabağla bağlı fikirləridir.
DİQQƏT! “Əhəmiyyətli şəkildə hesab edirəm ki, Dağlıq Qarabağın postmünaqişədən sonrakı bərpası məsələsində effektli kooperasiyalar təmin olunacaq” (?!)
Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən qəbul edilən bəyannamədə açıq-aydın şəkildə vurğulanıb ki...
Maraqlısı budur ki, Ermənistan ikinci Qarabağ müharibəsində məğlub olan dövrə qədər - 30 il (!) Azərbaycan torpaqlarını işğal altında saxlayıb, 1 milyondan çox qaçqın və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarından məhrum edilərək didərgin düşüblər, fiziki və mənəvi iztirablar çəkiblər, minlərlə vətəndaşımız Ermənistanın işğalçılıq siyasətinin və terrorunun qurbanına çevrilib.
Məhz Qarabağın 44 günlük müharibə nəticəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən qəbul edilən bəyannamədə açıq-aydın şəkildə vurğulanıb ki, Rusiyanın sülhməramlı kontingenti nəzarəti altında olan ərazilərə daxil olduğu andan bütün erməni silahlı birləşmələri tərksilah olub, həmin əraziləri tərk etməlidirlər.
Məgər Paşinyan Azərbaycanın hər hansı dövlət qurumunun rəhbəridirmi?
Başqa tərəfdən, Rusiyanın prezidenti Vladimir Putin vurğulayıb ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Ermənistanın bu ərazilərdə heç bir iddialı mövcudluğu olmamalıdır. Belə olan halda sual yaranır ki, cənab Mişustinin ünvanladığı təbrik məktubunda Dağlıq Qarabağın postmünaqişədən sonrakı bərpası məsələsində effektli kooperasiyaların təmin olunacağını əhəmiyyətli hesab etməsi fikrinin Paşinyana – Ermənistanın baş nazirinə nə aidiyyatı ola bilər? Məgər Paşinyan Azərbaycanın hər hansı dövlət qurumunun rəhbəridirmi? Ümumiyyətlə, Paşinyanla Qarabağ arasında rəsmi şəkildə (!), yəni onun imzaladığı kapitulyasiya sənədi əsasında səddin qoyulduğunu Mişistin bilmirmi? Təbii ki, bilir, sadəcə, Rusiyanın baş naziri, ya da hökumət başçısı olaraq Mişustin dolayı yolla və ya məsuliyyətsizliklə Qarabağın Ermənistanla bağlılığı kimi məsələsini gündəmdə saxlamağa cəhd edir və söz yox ki, burada ciddi, hətta böyük səhvə yol verir!
Rövşən RƏSULOV
P.S. Hə, onu da qeyd edək ki, Paşinyana ürək-dirək verərək, siyasi iddialarını gündəmdə saxlamağa cəhd edən Mişustin heç də narahat olmasın, əmin olsun ki, Dağlıq Qarabağın postmünaqişədən sonrakı bərpası məsələsində effektli kooperasiyaların təmin olunmasından tutmuş, bu Azərbaycan torpaqlarının bərpası, cənnətməkana çevrilməsi, dünyanın ən gözəl güşələrindən birinə aid olunması üçün Azərbaycan dövləti var və dövlət qarşısına qoyduğu bütün məqsədləri qısa müddətdə həyata keçirəcək, Qarabağın digər əraziləri kimi Şuşasını da, məhz Xankəndini də!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB