Sergey Markov: “Ultraillətçi ermənilər Rusiya sülhməramlılarına təhlükə yaradırlar” İLGİNC

Sergey Markov: “Ultraillətçi ermənilər Rusiya sülhməramlılarına təhlükə yaradırlar” İLGİNC

“Onlar atəşkəsi pozub, Ermənistanla Azərbaycan orduları arasında yeni toqquşmalar əldə etməyə cəhd göstərirlər”. SİA xəbər verir ki, bu fikirləri Rusiyanın tanınmış politoloqu Sergey Markov işğaldan azad edilmiş ərazilərimizdə erməni silahlılarının diversiya aksiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, həmin qruplar Ermənistanın müharibədə aldığı məğlubiyyətə görə qisas almaq istəyirlər: “Bundan əlavə, həmin güclər eyni zamanda, Rusiya sülhməramlılarına da təhlükə yaradırlar. Mən düşünürəm ki, onlar hansısa ölçüdə yerli əhali ilə bağlı olmaları ilə yanaşı, əsasən terrorçuluq fəaliyyətində zəngin təcrübəyə malik “Daşnaksyutun” partiyasının ultramillətçiləri ilə əlaqəlidirlər”.

Onun sözlərinə görə, bu kimi formalaşmaların məhv edilməsi çox mühüm məsələdir. “Düşünürəm ki, üçtərəfli hərbi əməliyyat keçirmək lazımdır ki, həmin əməliyyatda Azərbaycan və Ermənistan, habelə Rusiya sülhməramlıları iştirak etməlidirlər”, deyə Markov bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə