Qarabağ müharibəsi barədə Fransa mətbuatı yazır “Le Monde” nəşri

Qarabağ müharibəsi barədə Fransa mətbuatı yazır “Le Monde” nəşri

Sosial mediada pilotsuz təyyarələrin hücumu, psixoloji müharibə və Ermənistan cəmiyyətindəki psixoloji gərginlik Ermənistanla qarşıdurmasında Azərbaycanın üstünlüyünü isbat edir. SİA xəbər verir ki, bu barədə Fransanın "Le Monde" nəşri yazır.
Nəşr yazır ki, yüksək texnologiyaların istifadəsi, bu istifadənin artması Avropa üçün də bir dərs hesab olunur. Qeyd olunur ki, Dağlıq Qarabağdakı ərazilərinin geri alınmasından sonra 10 dekabr tarixində Azərbaycan paytaxtı Bakıda keçirilən hərbi parad, qələbə paradı kimi bütün dünyaya bir nümunə oldu.
Fransaya məxsus mətbuat səhifəsi nəzərə çatdırır ki, Cənubi Qafqazda iki keçmiş Sovet respublikası, Ermənistan və Azərbaycan arasında əhatə olunmuş kiçik bir mübahisəli ərazi, Dağlıq Qarabağ, geosiyasi müzakirədən çıxdı. Qeyd olunur ki, altı həftədən də az müddətdə hər şey dəyişdi. Bildirilir ki, silahlı qarşıdurmalar sentyabrın 27-də başladı və erməni qüvvələrinin məğlubiyyəti ilə hər iki tərəfin canlı qüvvə itgiləri ilə başa çatdı və 9 noyabr tarixində Moskvanın iştirakı ilə atəşkəs qəbul edildi. Həmçinin xüsusilə vurğulanır ki, 1994-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazilərinin hamısı Azərbaycanın hakimiyyəti altına alındı və ermənilərin yaşadığı və özünü müstəqil elan edən anklavın özünün də eyni aqibəti yaşaması qorxusu yaranmışdı və onlar üçün bu ən yaxın məsafədə idi. O da diqqətə çatdırılır ki, belə bir ssenarinin qarşısını yalnız Rusiya müdaxilə qüvvələri aldı.
Fransa nəşri yazır ki, indiyə qədər Ermənistan ordusu daha səmərəli, daha motivasiyalı və əraziyə nəzarətdə daha ustun olduğu kimi təqdim olunurdu. "Le Monde" vurğulayır ki, bir neçə ildir, böyük və müasir hərbi arsenal qazanan Azərbaycan, açıq müharibə ərəfəsində bu nəzəriyyəni, Ermənistan ordusunun üstünlüyü mifini dağıtdı. Qeyd olunur ki, Bakı, texnoloji inkişafdan və Türk təcrübəsindən yararlana bildi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə