Ümummilli imza toplanır Paşinyanın istefası üçün

Ümummilli imza toplanır Paşinyanın istefası üçün

Müxalifətçi millət vəkili Paşinyanın istefasını tələb edən ümummilli imza toplanmasını təklif edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Nikol Paşinyanın istefası tələbi ilə ümummilli imzalar toplanması təklifi ilə “Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Naira Zohrabyan parlamentdəki müzakirələr zamanı çıxış edib.
“Bəlkə ümummilli imza toplanmasına başlamalıyıq. Hakimiyyətdə olduğu hər bir gününün Ermənistanın təhlükəsizliyini təhlükə altına qoyacağını Paşinyana fərqli bir şəkildə izah edin. Konstitusiyanın verdiyi fürsətdən istifadə edərək bir neçə yüz min imza toplamağa başlayın”, deyə müxalifətçi millət vəkili təkliflə çıxış edib.
Zohrabyan “Çiçəklənən Ermənistan” nümayəndə heyətini bütün icmaların liderlərini toplamağa və ən vacib məsələlərin parlamentə gətirilməsinə və bu problemi müzakirə etməyə imkan verəcək ümummilli imza toplanmasına başlamağa dəvət edib.
“Yaxın vaxtlarda Qafanda böyük bir müzakirə təşkil etməyi təklif edirəm. Qafan meri Qevorq Parsyandan bütün icma rəhbərlərinin iştirakını təşkil etməyini xahiş edirəm”, deyə millət vəkili, Naira Zohrabyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə