“Tofiq Yaqublu kimlər qələbənin əldə edilməsindən çox narahatdırlar" Teyyub Qənioğlu
"Başıbəlalı qurum olan "Milli Şura"nın üzvü Tofiq Yqaublu müəyyən məsələlərə görə, bir necə dəfə həbs olunduğu üçün dövlətdən müəyyən dərəcədə incik düşüb. Ola bilsin ki, bu inciklik qısasçılığa çevrilib və bu baxımdan Qarabağda qazandığımız parlaq qələbəyə və qələbəni bizə yaşadan Ali Baş Komandanımız haqqında əsassız və qərəzli fikirlər sələndirir". Bunu "Səs" qəzetinə açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, 30 il erməni işğalı altında olmuş Qarabağın azad edilməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi fədakarlığı, rəhbərliyi, sərkərdəlik bacarığı sayəsində mümükün olub: "Cənab İlham Əliyev 44 günlük müharibə dövründə Ali Baş Komandan kimi həm cəmiyyəti, xalqı birləşdirməyi bacarıb, həm də orduya düzgün rəhbərlik etməklə Ermənistan üzərində parlaq qələbəni təmin edib. Prezident İlham Əliyev torpaqlarmızı erməni işğalından azad etməyin və müharibəyə nə vaxt başlamaq üçün zamanı düzgün seçdi".
T.Qənioğlu onu da bildirib ki, mənfur Ermənistan qələbənin təmin olunmasına görə, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq: "Qədirbilən xalqımızda Prezident İlham Əliyevin sərkərdəlik mahərətini yüksək qiymətləndirir və dəyərləndirir. Yəni, Cənab Prezidentimiz nəinki Azərbaycanda, ümimilikdə bütün dünyada çox böyük hörmətə, nüfuza sahibidir. Daxidə və xaricdə elə şəxslər var ki, Prezident İlham Əliyevin nüfuzundan, yüksək xalq məhəbbətindən çox narahatdırlar. Bu baxımdan da T.Yaqublu kimi əlləri xarici maraqlı qüvvələrin cibində olanalar dövlət başçısına, eləcədə Qarabağdakı parlaq qəlıəbəmizə qarşı şər və böhtan kampaniyası aparırlar. Amma bu fəaliiyyət onları cəmiyyətin gözündən salacaq. Çünki, xalqımız yanlış yol tutanların bəd əməllərini bağışlamaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB