Eldəniz Səlimov: “Ermənistan əhalisi yaşadıqları rejimdən hədsiz narazıdır” ÖZƏL-MÜNASİBƏT
"Bizim Ermənistan üzərində qələbəmiz, əslində, çoxdan bəlli olan bir haldır. Bizim iqtisadiyyatımızın durumu, hərbi gücümüz bu sözləri deməyə bizə imkan verir. Mütləq zəfərimiz Ermənistan dövlətini çox gərgin sarsıtmışdır". Bunu millət vəkili Eldəniz Səlimov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu qələbə ilə biz onlar üzərində necə bir basqıya malik olduğumuzu, yeri gəlsə, dəmir yumruğumuzla başlarını əzə biləcəyimizi sübut etdik: "Bəli, artıq Ermənistan dövləti məhkum olduğu tənəzzülü yaşayır. Onların həm siyasi arenada, həm də döyüş meydanında məğlubiyyəti daxili çaxnaşmalara gətirib çıxarıb. Hər gün baş tutan iğtişaşlar, dövlətə qarşı yönəlmiş tənqidlər, Paşinyanın istefaya göndərilməsi istəyi onun sübutudur ki, artıq Ermənistan əhalisi yaşadıqları rejimdən hədsiz narazıdırlar. Buna onların haqqı da çatır. Onlar faşist rejimində insan kimi yaşaya bilmədikləri üçün, azadlığa can atırlar".
Eldəniz Səlimov onu da bildirdi ki, Azərbaycan çoxmillətli dövlət olaraq daim humanist addımlar atır: "Cənab Prezidentdə öz sözlərində vurğulamışdır ki, ermənilər bizim torpaqlarda rahat yaşaya bilərlər, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Burdan belə qənaətə gəlmək olar ki, həmin erməni anaları bizdən yardım istəyirsə, demək, artıq Ermənistan dövləti artıq çoxdan məğlubdur. Ən başda bu sevinci bizə yaşadan cənab Ali Baş Komandana dərin minnətdarlığmı bildirirəm. Yaşasın Azərbaycan!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB