Polis Yuri Xaçaturovun oğlunu saxladı FOTOLAR

Polis Yuri Xaçaturovun oğlunu saxladı FOTOLAR

Ermənistan ordusunun sabiq baş qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov saxlanılıb. SİA Sputnik- Armeniya saytına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə razm.info hərbi-analitik portalının koordinatoru Karen Vratnesyan yazıb və qeyd edib ki, onun saxlanılaraq polisə aparılmasının səbəbi hökumət əleyhinə keçirilən etiraz aksiyalarında iştirak etməsidir.

Xaçaturovla yanaşı, hüquq-mühafizə orqanları birinci Qarabağ müharibəsinin iştirakçısı Şaqen Meqryanın oğlu Zinavor Meqryanı da saxlayaraq polisə aparıblar.

Hazırkı məqamda isə etirazçılardan 70-ə qədərinin saxlanıldığı bildirilir.

Kütləvi etirazlarda qan da tökülüb. Belə ki, təcili yardımın baş həkimi Taqui Stepanyan saytın jurnalistinə bir nəfər polisə və vətəndaşa yardım göstərildiyini deyib.

Xatırladaq ki, Yuri Xaçaturivun oğlu İqor Xaçaturov sonuncu həbri əməliyyatlar zamanı Azərbaycan Ordusuna qarşı döyüşlərdə qondarma rejimin silahlı terrorçuları arasında artilleriya alyında fəaliyyət göstərib və ağır yaralanıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə