İşğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların böyük marağı var - Nazirdən AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların böyük marağı var - Nazirdən AÇIQLAMA

2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qalib çıxdı. Bu qələbə indiyə qədər Prerzident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərin daha inamla davam etdirilməsi üçün möhkəm zəmindir.

SİA-nın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası, ora qayıdacaq əhalinin yaşaması üçün lazımi şəraitin yaradılması, məşğulluğun təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

M.Cabbarov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların böyük marağı var

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə