Deyəsən “dəmir yumruq” Tofiq Yaqublunun da başına dəyib HİDDƏT

Deyəsən “dəmir yumruq” Tofiq Yaqublunun da başına dəyib HİDDƏT

Dövlət və xalq birliyinin qələbəsini həzm etməmək qalsın bir yana, bəs erməni qədər düşünməyə nə deyək?

“Milli Şura” haray-şivənçilərinin bu dəfə qələbəmiz üzərində özlərinə əl qatmaları sözün həqiqi mənasında ürək bulandırır. Bu isə bir daha sübut edir ki, xəstə təfəkkürə və sözün əsl mənasında, erməniçiliyə xas olan davranışlar gənclərimizin də hiddətinə tuş gəlməkdədir. Bu mənada, Yeni Azərbaycan Partiyasının fəal gəncləri təşkilatın Gənclər Birliyinin səhifəsində sözügedən mövzuda var-gəl edən Tofiq Yaqublunun iç üzünü ifşa edən statuslar paylaşıblar.

“Erməni başına dəyən dəmir yumruq Tofiq Yaqublunun da başına dəyib!” SİA xəbər verir ki, bunu YAP-ın gənc fəalı Anar Şahmuradov yazıb.

Anar Şahmuradov: “Qaçıb Bakı tərəfə və Hacıqabulun düzəngahında "boğulub", quduzlaşıb”

“Tofiq Yaqublu Azərbaycan xalqının Vətən müharibəsindəki möhtəşəm qələbəsini həzm edə bilmədi və sonunda dəli oldu”, yazan gənc fəal fikirlərini bu cür izah edib: “Daha doğrusu, buna dəlilik də demək olmaz. Effekt tamam başqa effektdir. Təxminən, Qarabağdan qovulandan sanki biri qaçıb Bakı tərəfə və Hacıqabulun düzəngahında "boğulub", quduzlaşıb. Yoxsa, hansı səbəbə görə Tofiq Yaqublu hər gün Azərbaycan Ordusunu, canından keçərək şəhid olmuş soydaşlarımızı, sağlamlığını itirmiş qazilərimizi təhqir etsin, onlara qarşı həqarət nümayiş etdirərək torpaqlarımızın azad edilməsini başqa-başqa ölkələrin adına bağlamağa çalışsın?”

“Erməni qardaşları özlərinə gələ bilmədikləri kimi Tofiq Yaqublu da hələ də özünə gələ bilmir...”

“Tofiq Yaqublunu və bir düşərgədə olduqlarını dəli edən həm də Azərbaycan cəmiyyətində Ali Baş Komandan İlham Əliyevə olan rəğbət, onun yaratdığı rəşadətli ordu nəticəsində torpaqlarımızın işğaldan azad olunmasıdır”, davam edən Anar Şahmuradova görə, Tofiq Yaqublu qanmaq istəmir ki, Azərbayacan Prezidentinin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasət öz bəhrəsini verib: “Daha doğrusu qanır, amma qəbullanmaq istəmir. Tofiq Yaqublu deyir ki, Azərbaycan Rusiyadan yararsız silahlar alıb. Fikirdə absurdluğa bir baxın! Bu adam Paşinyanın etdiklərini Azərbaycanın adına çıxır. Azərbaycan Vətən müharibəsində Rusiyadan deyil, Türkiyədən və İsraildən aldığı silahlardan, xüsusilə də dronlardan istifadə edərək düşmənin keçilməz sədlərini məhv etdi, düşmənin belini qırdı! Azərbaycan əsgərinin rəşadəti, məğlubedilməzliyi də ki, öz yerində!

Əlqərəz, Azərbaycanın dəmir yumruğun ermənin başına dəydiyini bilirdik. Görünür, erməni başına dəyən yumruq Tofiq Yaqublunun başına dəyib! Axı, qardaşları özlərinə gələ bilmədikləri kimi Tofiq Yaqublu da hələ də özünə gələ bilmir...”.

Əli Babazadə: “Görünən də o idi ki, bu cəbhə qırıntısına nə qələbə lazım idi, nə də torpaq...”

YAP GB-nin digər gənc fəalı Əli Babazadənin də fikirləri maraqdoğurucudur. “Köhnə qaragüruhçu müxalifət qvardiyasının oyuncaq kimi ortaya atdığı, lakin sonradan bəzi idiotların gözündə kuklanın bütə çevriləcəyindən qorxaraq yenidən arxa plana saldıqları Tofiq Yaqublu adlı birisi yenidən şou ilə gündəmə gəlmək istəyir”, yazan gənc iqtidar üzvü bildirib ki, adıçəkilən ünsür bu dəfə şanlı qələbəmizdə Ali Baş Komandanımızın böyük əməyini heçə endirmək niyyətindədir, elə ermənilər kimi: “Əslində, işğalda olan torpaqlarımızı geri almaq üçün başlanan müharibənin ilk günlərindən bu psevdopatriotun içində bir qələbə fobiyası formalaşmışdı. Hətta o, bunu hər dəfə dolayısı ilə səsləndirirdi. Görünən də o idi ki, bu cəbhə qırıntısına nə qələbə lazım idi, nə də torpaq...”

“Bu "Milli Şura" militanı Zəfər paradına baxmağa ürəyi dözməyib”

“Tofiq Yaqublunun absurd fikrinə görə ordumuzda zəif, köhnə, sovetdənqalma silahlar olub”, qeyd edən Əli Babazadəyə görə, görünür, bu "Milli Şura" militanı Zəfər paradına baxmağa ürəyi dözməyib: “Yaxud, həmin paradda nümayiş etdirilən ermənilərin - öz qardaşlarının silahlarından başqa silah görməyib. "Müasir silahlarımız olsa idi, daha az itki verərdik" deməkdən belə utanmayan bu vətən xaini başa düşməlidir ki, düşməndən dörd dəfə az itki verməyimizin də, düşmənin 30 il ərzində möhkəmləndiyi mövqeləri qısa zamanda məhv etməyimizin də əsas səbəbi qəhrəman əsgərlərimizlə yanaşı, XXI əsrin ən yeni müharibə texnologiyasına sahib olmağımız idi... Bütün bunlara baxmayaraq, xalq qalib ordusunu və bu ordunun müzəffər rəhbərini sevir. Müharibənin ilk günündən hər bir azərbaycanlı bunu həm fikri, həm də əməli ilə sübut etdi. Tofiq Yaqublu kimilər isə hər zaman satqın kimi xatırlanacaqlar...”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə