"Son 17 ildə ölkəmizin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu" ÖZƏL-ŞƏRH
"Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün müəyyənləşdirmiş olduğu unikal strategiya 2003-cü ildən başlayaraq cənab Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yeni elementlərlə zənginləşdirilərək davam etdirilməyə başladı. Bu da ümumilikdə ölkəmizin inkişafını həm miqyas, həm də keyfiyyətcə yeni bir mərhələyə qaldırdı". Bunu SİA-ya millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə bütün istiqamətlərdə Azərbaycanın çox ciddi potensialı formalaşdırıldı: "Ayrıca olaraq vurğulamaq lazımdır ki, milli iqtisadi sistemin inkişafında dinamiklik əhəmiyyətli dərəcədə artdı, ordu quruculuğu istiqamətində çox ciddi, təsirli addımlar atılmağa başladı. Xüsusilə də hərbi-texniki sahədə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişləndirildi. Azərbaycan ordusunun ən müasir tələblər çərçivəsində qurulması, müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində qısa zaman kəsiyində çox təsirli addımlar atıldı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə son 17 il ərzində Azərbaycan beynəlxalq münasibətlər sistemində olduqca təsirli rol oynamağa başladı. Vacib olaraq beynəlxalq münasibətlər sistemində, dövlətlərarası əməkdaşlıq sistemində özümüzün çox ciddi yerimizi müəyyənləşdirə bildik.
Nəzərə almaq lazımdır ki, qlobal təhlükəsizliyin təmin olunması istiqamətində Prezident İlham Əliyev həmişə çox ciddi digər beynəlxalq subyektlər tərəfindən dəstəklənən təşəbbüslərlə çıxış etdi. Bu təşəbbüslər beynəlxalq təhlükəsizlik məsələlərinin daha effektiv həll olunmasında çox ciddi rol oynadı. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın həm siyasi mövqelərinin möhkəmləndirilməsində, həm də iqtisadi, hərbi potensialının gücləndirilməsində çox təsirli rol oynadı. Vətən müharibəsindəki inamlı qələbəmizin əsasında dayanan əsas komponentlər də məhz bu 17 illik rəhbərlik dövründə formalaşdırıldı. Ölkə Prezidenti qeyd etmişdir ki, “Müharibəyə başlamaq üçün hər şeydən öncə münbit siyasi reallıqlar olmalıdır”. Cənab Prezident həmin reallığı özü formalaşdırdı. Bu reallıq ondan ibarət oldu ki, Azərbaycanın ərazi bütövlüyü birmənalı dəstəkləndi, bütün beynəlxalq platformalarda münaqişənin tənzimlənməsinin yeganə yolu kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması göstərildi. Yəni, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünü çərçivəsində həll oluna bilər kimi mövqe formalaşdı.
Bunun ardınca Ermənistanın növbəti təxribatlarının qarşısını almaq məqsədilə sentyabrın 27-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinə başladıq. Qısa zaman kəsiyində 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdik. Post-müharibə dövründə də hərbi qələbəmiz siyasi qələbəmizi daha da ardıcıl etdi. Noyabr ayının 9-da imzalanmış Birgə Bəyanatda yer almış şərtlər Azərbaycanın birbaşa diqtəsi altında formalaşdı. Azərbaycanın digər ərazilərinin də resurs sərf etmədən yəni əlavə güllə atmadan işğaldan azad olunması Azərbaycanın siyasi qələbəsi, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB