Sizinlə dürüst olmaq istəyirəm və düzünü desəm, indiki hökumət kimi heç vaxt yalan danışmamışam. Onlar isə iki il yarımdır ki, yalan danışırlar. SİA xəbər verir ki, bu sözləri "Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan “Vətəni Qurtarma Hərəkatı” tərəfindən İrəvanın Azadlıq Meydanında Nikol Paşinyanın istefası tələbilə toplanan bir mitinqdə söyləyib.
O, özünün susdurulması üçün ona qarşı siyasi təqib başladıldığını bildirib.
“Bu vaxta qədərki vəziyyəti dondurmaq üçün ölən əsgərlərin və itkin düşənlərin valideynləri aldadılırlar. Onlar vaxt qazanmaq istəyirlər ki, qan soyusun, donsun, amma anlamırlar ki, qan donan, soyuyan, unudulan, qan suya çevrilən deyil, onlar günahkardırlar və Nikol Paşinyan hələ bir saat belə bundan öncədən istefaya getməli idi”, deyə Qaqik Sarikyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB