“Paşinyanın rüsvayçı yürüşü Ermənistanın sınaq günüdür” Sarhat Petrosyan
Bu gün süni və məcburi şəkildə, zorla təşkil olunan rüsvayçı yürüşdə iştirk edən hər kəs avtomatik olaraq bu xainlərə ortaq olur. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Kadastr komitəsinin keçmiş rəhbəri, şəhərsalma üzrə mütəxəssis Sarhat Petrosyan öz Facebook səhifəsində yazıb.
“Onun iradəsi, tapşırığı ilə, zorla təşkil olunacaq bugünkü yürüş, lakmus kağızı kimi, bir test kimi, Ermənistanı bu vəziyyətə gətirən günahkarları və onların ortaqlarını aşkara çıxaracaq. Bu günkü rüsvayçı, utanc yürüşündə iştirak edənlər avtomatik olaraq 5 min ölən əsgər, 10 mindən çox yaralını, 90 minə yaxın qaçqını təhqir etmiş olacaq. Gərək onlar ölməli idilər ki, belə bir şou təşkil edə bilməsinlər.
Bu gün bir çox insan yürüşə qoşulmasa, onlar özləri də manipulyasiya, dezinformasiya və yalanın qurbanı olduqlarını başa düşərlər və bunu bildirmələri üçün yaxşı bir fürsət var", deyə Sarhat Petrosyan öz sosial şəbəkə hesabında yazıb.
Göründüyü kimi, bu gün Nikol Paşinyan insanları zorla, təhrik etməklə Respublika Meydanına yığaraq yürüş etməyə hazırlaşır və buradan da belə bəlli olur ki, erməni cəmiyyəti buna öz narazılığını gizlətmir. Həttə bir çox siyasilər buna qarşı gələrək, insanları Nikolun və onun komandasının belə çağırışlarına qoşulmamağa çağırır. Bildirilir ki, bu zor gücü ilə, müxtəlif təhriklərlə yürüşə qoşulanlar özləri də həmin xainlərə, onların əməllərinə ortaq olmuş olacaqlar. Belə olan halda bəziləri, daha doğrusu erməni cəmiyyətinin əksəriyyəti bu yürüşü sınaq yürüşü hesab edir və bəlli olur ki, bu gün elə bütövlükdə Ermənistan üçün sınaq günüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB