VETO təşkilatının rəhbəri Narek Malyan özünün Facebook səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərə son qoymaq istiqamətində konkret addımlar atması barədə məlumat yayıb. SİA-nın Vestnik Kafkaza saytına istinadən verdiyi məlumata görə, Paşinyan Hadrut yaxınlığındakı Köhnə Tağlar və Çaylaqqala kəndlərinin Azərbaycan qoşunları tərəfindən azad edilməsi barədə məlumat aldıqdan sonra qondarma qurumun rəhbəri Arayik Arutyunyandan Rusiya sülhməramlılarının qərargahı önündə etiraz aksiyası təşkil etməyi tələb edib. Arutyunyan isə bu cür hərəkətlərdən imtina edib.
Buna cavab olaraq Ermənistan baş naziri Rusiya və onun rəhbərliyinə qarşı ədəbsiz ifadələr işlədib. Əvəzində isə Moskvadan cavab özünü çox gözlətməyib. Paşinyandan "Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarmaq, eləcə də KTMT və Aİİ-dən çıxmaq" ifadələrinə izahat tələb edilib.
Ermənistan hökuməti isə hələ də bu açıqlamalara münasibət bildirməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB