"ATƏT-in Minsk qrupunun həmsədrlik institutu bu gün formal bir quruma çevrilib. Bu qrup faydasız, heç bir işə yaramayan, real nəticə göstərməyən, yalnız müxtəlif dövrlərdə ölkələrə səfərlər edən təsisatdır. Fikrimcə, ATƏT-in Minsk qrupu buraxılmalıdır, çünki onun fəaliyyətinə ehtiyac yoxdur". SİA xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi: "Bununla da BMT TŞ-nin Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı məlum 4 qətnaməsinin icrasına nail olduq. Halbuki bu qətnamələrin icrasını təmin etməli olan qurumlardan biri məhz ATƏT-in Minsk qrupu idi”.
R.Qonaqov vurğulayıb ki, artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayıb: "Qeyd etdiyim kimi, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Əgər Ermənistan bundan sonra hər hansı təxribata əl atarsa, Azərbaycanın dəmir yumruğu onların başının üzərində olacaq və düşmən ölkənin ordusu yenə də darmadağın ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB